Menu

Azərbaycan və Ermənistan mədəniyyət xadimlərinin görüşü... – Moskvada keçirildiyi bildirilir

25.12.2021, 13:06
Azərbaycan və Ermənistan mədəniyyət xadimlərinin görüşü... – Moskvada keçirildiyi bildirilir

Moskvada Azərbaycanın və Ermənistanın mədəniyyət və incəsənət xadimlərinin görüşünün təşkil olunduğu bildirilir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, cümə günü keçirilən görüş Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkonun vasitəçiliyilə baş tutub.

Xəbərdə sözügedən görüşdə iştirak edən erməni nümayəndə heyətinin tərkibi açıqlansa da, Azərbaycan tərəfindən görüşə kimlərin qatıldığı göstərilmir. Qeyd olunur ki, 44 günlük müharibədən sonra ilk dəfə bu formatda keçirilən görüşdə erməni tərəfini İrəvan Universitetinin rektorunun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

“AzPolitiak.info”

Şərhlər

t.ədalət 2021-12-25 15:17:28

Belə görüş iştirakçılarının,adətən anası ermənidir.Yazıq Azərbaycan!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol