Menu

"Ehtiyac olan qədər çörək almaq lazımdır..." - Deputat Eldar Quliyev

04.01.2022, 22:13
"Ehtiyac olan qədər çörək almaq lazımdır..." - Deputat Eldar Quliyev

“Vətəndaşlar bəzən lazım olmadığı halda 2-3 çörək alır, amma istifadə etmirlər. Yəqin ki, hər kəs şahidi olub: səhərlər qapılardan yarım və yaxud da bütöv dünəndən, srağagündən qalmış çörək qurusu asılır. Yəni ehtiyac olan qədər çörək almaq lazımdır, israfçılıqdan qaçmalıyıq. Dünya o dünya deyil, sudan da ehtiyatla istifadə edilməlidir. Atmosfer dəyişir, kənd təsərrüfatı həm də iqlimdən, təbiətdən asılıdır. Ona görə də təbiəti qorumaq, ehtiyatlı istifadəyə meyillənmək lazımdır. Gəlin çörəkdən, qidadan artıq alıb sonra xarab olduğu üçün heyvanlara verməyək”. 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Deputatın sözlərinə görə, un məhsullarının, eləcə də çörəyin qiymətinin qalxması dövlətlə birbaşa əlaqəli deyil: “Dövlət, yəqin ki, problemin qarşısını almaq üçün kompensasiya edəcək. Hesab edirəm ki, belə problemləri önləmək üçün tədbirlər görmək lazımdır. Təəssüflər olsun ki, vaxtilə taxıl əkini ilə məşğul olan dövlətlər daha bu işlə məşğul olmurlar. Beləliklə, taxıl istehsalı azaldığı üçün dünya bazarında taxılın qiymətində də artım baş verir. Üstəlik, bəzi Çin kimi dövlətlər dünya taxıl ehtiyatının 60 faizini ələ keçirib, ehtiyat fondu yaradıblar. Bu, dünya üçün böyük problemdir. ABŞ da dünya qarğıdalı ehtiyatını təxminən 55-60 faizinə sahibdir. Azərbaycanda isə taxıl ehtiyatı təxminən 3-4 aylıqdır. Bu, əlbəttə ki, azdır. Bizə heç olmazsa, minimum bir illik taxıl ehtiyatına sahib olmaq lazımdır. İnşallah, yaxın günlərdə Ziyad Səmədzadə ilə birlikdə bu sahə ilə əlaqəli elmi konfrans təşkil etməyi planlaşdırırıq”.

Deputat deyib ki, Azərbaycanın istehlak edilən taxılın əksər hissəsini xaricdən aldığını nəzərə almaq lazımdır: “Misal üçün, Türkiyə həmişə taxıl istehsalçısı olduğu halda, indi kənardan idxal edir. Hesab edirəm ki, məsələyə ölkə Prezidenti tərəfindən baxılacaq və müəyyən tədbirlər görüləcək. Yəni, bu, birbaşa dünya bazarı ilə bağlıdır. Dünya dövlətləri taxılçılıqla məşğul olmalı, həm də ehtiyat fondu yaratmalıdırlar. Bəzi dövlətlər hesab edir ki, iqtisadiyyatı başqa sahə ilə inkişaf etdirib dünya bazarında mövcud olan taxıldan idxal edərək dolanmaq mümkündür. Bir mütəxəssis kimi hesab edirəm ki, Azərbaycan təcili şəkildə taxıl məhsulu istehsalını gücləndirməli və ehtiyatını artırmalıdır. Azərbaycanda məhsuldarlıq aşağıdır. Ümumiyyətlə Azərbaycan məhsuldarlığı aşağı olan dünya dövlətləri arasındadır. İstehsalı artırmaqla özümüzü tam təmin edə bilməsək də, təminatı yaxşılaşdırmaq mümkündür. Misal üçün, işğaldan azad edilmiş ərazilərdə münbit torpaqlarda istehsala başlamaq mümkündür. Bundan başqa, vətəndaşlar da israfçılığa yol verməməlidirlər”.

Şərhlər

Veten dashi 2022-01-05 11:33:18

Mən bu ağsaqqal deputatın məntiqinə mətəl qalıram.Niyə demirsən ki ay ərzaq bazarının monopolisləri Azərsun,Veysəloğlu ,Bravo, Avrora və bir necə firma Siz nə cürətlə ölkə prezidenti 20 faizlik sosial lahiyəni həyata kecirməmişdən qiyməti 40-50 faiz qaldırırsız.Qazin ,suyun ,ərzaqın qiyməti ona görə qalxır ki güya biz israfcılıq edirik.Bunlar o qədər arxayındılar ki dəmir yumruğdan da qorxmurlar...

TARIX 2022-01-05 09:58:43

DEPUTAT ELDAR QULİYEV SƏN NƏ DANIŞDIĞININI DİQQƏTLƏ OXU.NEFTİN ,QAZIN QİYMƏTİ DÜNYA BAZARINDA, HƏMCİNİN AZƏRBAYCANDA DA QALXIB.ONDAN GƏLƏN GƏLİRLƏRİN BİR HİSSƏSİ İLƏ CÖRƏYİN QİYMƏTİNİ SABİT SAXLAMAQ OLARDI.İNSANLARI CÖRƏKLƏ İMTAHANA CƏKMƏK OLMAZ HÖRMƏTLİ DEPUTAT.

RT 2022-01-05 06:46:47

Allah axrimizi xeyir elesin !!

Elxan 2022-01-04 23:54:48

Kolxoz!!!!!!!

Habil 2022-01-04 23:37:54

Deməyinə gözəl deir, ama görəsən hörmətli deputat özü dediklərinə riayət edirmi?

Elxan 2022-01-04 23:15:39

Allah sənin ailənə, özünə elə bir bəla versin ki, başını qaldırıb ətrafa baxa bilməyəsən

Mubariz 2022-01-04 22:18:01

Abır-həya yaxşı şeydir 20 -qəpik nədir ki , narahat olur bu camaat ,deputat əmi açacaq kisənin ağzını

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol