Menu

Türkiyədə koronavirusa yoluxma üç dəfə artdı

05.01.2022, 00:42

Türkiyədə “Omikron” variantının görülməsindən sonra koronavirusa yoluxanların sutkalıq sayı üç dəfə artıb. Səhiyyə Nazirliyinin məlumatına görə, dekabrın 20-də 18 762 olan göstərici yanvarın 4-də 54 724-ə yüksəlib.

Dekabrın 20-də hər 100 nəfərdən 5,34-nün COVID-19 testi müsbət çıxdığı halda, yanvarın 3-də faiz nisbəti 12,16 olub.

Mənbə: “Anadolu”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol