Bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gallendvagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb. Bu barədə DİN-dən verilən məlumatda qeyd edilib.
Bildirilib ki, bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb.
S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.
O, əməlindən peşiman olduğunu qeyd edərək üzrxahlıq edib.
16:25
Bakıda “Gelandewagen” idarə edən şəxs aztəminatlı şəxsləri təhqir edib Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, sürətlə avtomobil idarə edən şəxs ətrafdakılara təhqiredici ifadələr işlədib: “Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”.
Görüntülərdə həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi aydın görünür.
Həmin görüntüləri təqdim edirik:


Şərhlər
Sənin kimi onlarla vicdansız zəngin tanıyıram ki, simicliyindən balasını yarıac, yarıtox saxlayır və yaxud ümumiyyətlə yemək vermir. Sənin kimi zənginləri Allah lənət eləsin. Malın, mülkün həqiqi sahibi olan Allah pulunun, malının zəkatını, sədəqəsini o təhqir etdiyin kasıblara verməyi əmr edir. O kasıbların haqqını yediyinizə görə şeytan sifəti çıxarmış, harınlamısınız. Haqq-hesab günü vay sənin kimilərinin halına! Allah sənin kimi zalımların belini qırsın.
Məncə ūzr məsələsi dūz olmayıb ən yaxşısı maşını əlindən alıb ŞƏHÌDLƏR fonduna vermək özūnū də 15 sutkalıq cəza tədbiri kimi kūçə və həyətləri sūpūrtdūrmək gözəl olardı
Men bilen 90% memurlar bele dûshûnûrler millet hakkinda,,,, Bu adam kimdi ki, sifr , zero )))
Bunu yox bunun dalinda duran .... lazımdı bizə.
Çox səviyyəsiz, düşük, sonradan görən gedə. Eşşəyə kostyum da geyindirsən, yenə eşşək ki, eşşək!!!
Bedbaxt ele sensen 37 yasin var goca kaftara oxsayirsan ay seviyessiz
Bu adam tək özünün yox, məmurların mahiyyətini ifadə edir.
Varlı olmaq insan olmaq anlamına gəlmir...
Gozel insan goresen kimdi?
...... gəldiyi üçün pul görən kimi QUDURUR. Əgər bunu keçmişini araşdırsanız əminəm ki, bu gədə həm kasıb həm də hər mənada normal bir tərbiyəyə sahib olmayan.... oldugu ortaya çıxacaq.. Çünki o ifadələri (işlədibsə ) ancaq elələri agzlndan çıxara bilər...
aşıq gördüyünü çalar!