Menu

Rusiya Türk Dövlətləri Təşkilatının Qazaxıstana dair mövqeyini müsbət qiymətləndirir

13.01.2022, 19:58
Rusiya Türk Dövlətləri Təşkilatının Qazaxıstana dair mövqeyini müsbət qiymətləndirir

Rusiya Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstanda vəziyyətin sabitləşməsi ilə bağlı mövqeyini müsbət qiymətləndirir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə yanvarın 11-də TDT xarici işlər nazirlərinin növbədənkənar iclasında qəbul edilmiş bəyanata münasibət bildirərkən deyib.

Zaxarova, ilk növbədə bu bəyanatda Qazaxıstanın müstəqilliyinə verilən dəstəyin vacibliyini vurğulayıb.

O diqqətə çatdırıb ki, bəyanatda Qazaxıstanın hazırkı rəhbərliyi ilə antiterror əməliyyatı məsələsində həmrəylik ifadə olunub, bu ölkənin suverenliyi və ərazi bütövlüyünə dəstək vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol