Menu

"Paytaxtın adı yenidən Astana olsun" - Qazaxıstanda imza toplanmasına başlanıb

15.01.2022, 00:01
"Paytaxtın adı yenidən Astana olsun" - Qazaxıstanda imza toplanmasına başlanıb

Qazaxıstanda imza toplanmasına başlanıb ki, paytaxta əvvəlki Astana adı qaytarılsın.

Bu barədə yanvarın 14-də newtimes.kz nəşri xəbər verib.

Petisiyada deyilir ki, ölkənin baş şəhərinin adı sosial şəbəkələrdə və sadə xalqın həyatında neqativ qəbul olunur, insanlar məişətdə onu əvvəlki adı ilə çağırırlar. «İctimaiyyətin əhvalını nəzərə alaraq, Qazaxıstan Respublikasının Prezidentindən, hökumət və parlamentdən xahiş edirik ki, paytaxtın əvvəlki adını - Astana şəhəri adını geri qaytarsınlar» - petisiyanın müəllifi yazır.

Sənəddə həm də yerli idarə orqanlarından xahiş edirlər ki, bütün şəhərlərdə küçələrə Nazarbayev əvəzinə neytral ad versinlər - dövlətçiliyi, birliyi və ölkənin müstəqilliyini qeyd edən ad versinlər.

«Məsələn, Almatı şəhərində Nazarbayev prospektini Respublika prospekti adlandırmaq olar» - petisiyada deyilir.

AzPolitika.info

Şərhlər

t.ədalət 2022-01-16 18:06:12

Elə bilirəm ki,küçə və bacalara özlərini pərçimləyən dövlət başçıları bundan nəticə çıxaracaq.Xalqın adınba pərçimlənənlər də elə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol