20 YANVARDA SOVET ORDUSUNU BAKIYA RƏSİZADƏ ÇAĞIRIB? - Özü "yalandır" deyir, amma...

“20 Yanvarda sovet ordusunu Bakıya dəvət etməyim barədə deyilənlər yalandır”. Bu sözləri Modern.az-a verdiyi müsahibəsində Azərbaycanın sabiq baş naziri Artur Rəsizadə faciə ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, belə bir müraciət üçün heç səlahiyyəti də olmayıb: “Respublikanın Birinci katibi, ikinci katibi, Baş naziri yerində ola-ola Baş nazirin müavini Artur Rasizadə hansı statusla Qorbaçova məktub göndərib Sovet qoşunlarını Bakıya dəvət edir? Belə yalan olar?!”

Sabiq baş nazir bildirib ki, SSRİ-də iqtisadi bloka məsul olan şəxslərin bu cür teleqramlar göndərməyə heç vaxt olmayıb: “Sovet İttifaqının tarixində belə bir şey olmayıb ki, hansısa respublikanın Baş nazirinin müavini Mərkəzi Komitənin Baş katibinə məktub ya da teleqram göndərsin. Məgər Rasizadənin işi-gücü yox idi ki, Qorbaçova teleqram göndərir?! Əlbəttə yalandır…” -.

Qeyd edək ki, Artur Rəsizadənin Moskvaya teleqram vurduğu haqda ilk xəbər 1991-ci ildə "Azadlıq” qəzetində dərc olunduğu deyilir. Bu məlumatları internet resurslarından əldə etmək mümkündür.

Məlumatı qəzetin o zamankı redaktorlarından Surxay Hüseynli də "Facebook”dakı şərhlərində təsdiqləyib: "Onda Nazirlər Sovetindən belə teleqramların olduğunu təsdiq etmişdilər. Bildirmişdilər ki, baş nazirin birinci müavini Artur Rəsizadənin imzası ilə Moskvaya 3 teleqram vurulub. Teleqramlarda qoşunların yerləşdirilməsi, ərzaqla təmin olunması və digər texniki məsələlərdən söhbət gedib. Əsas xətt ordunun Azərbaycan paytaxtına yeridərək sabitliyin təmin olunması idi”.

20 Yanvar faciəsi üzrə deputat -stintaq komissiyasında işçi qrupunun rəhbəri olmuş mərhum Səftər Nəhmədov da vaxtilə faktı təsdiqləyib. O deyib ki, əslində belə teleqramlar tək Artur Rəsizadənin imzasıyla getməyib, o vaxt komissiya bu hadisələri araşdıranda üzə çıxıb ki, yanvarın 13-dən sonra bütün dövlət qurumlarına tapşırılıbmış ki, kömək üçün Moskvaya müraciət etsinlər. "Bu, tamamilə həqiqətdir. İndi ola bilər ki, həmin şifrəli teleqramlar Moskvada olduğuna görə heç kim bunu boynuna almasın, amma biz o dövrdə komissiyada işləyəndə rayonların hamısına sorğu göndərmişdik. Və belə bir fakt ortalığa çıxmışdı”.

1992-ci ildə AXC hakimiyyətə gələndən sonra Nazirlər Kabinetində aparat rəhbəri vəzifəsində çalışan, ABŞ-da mühacir həyatı yaşayan Ramiz Yunus isə Meydan TV-yə deyib ki, o, Artur Rasizadənin Moskvaya göndərdiyi teleqramı həmin ilin avqustunda görüb: "Baş nazir Rəhim Hüseynov idi. Aparat rəhbəri olduğumdan bütün şöbələrlə bərabər məxfi şöbə də mənə tabe idi. 20 Yanvar faciəsi ilə əlaqədar Respublika Prokurorluğunda istintaq komissiyası yaradılmışdı, AXC hakimiyyətə bir neçə ay idi gəlmişdi və hadisənin istintaqı yenilənmişdi. Bütün detallar araşdırılırdı. Ayaz Mütəllibovun hakimiyyəti zamanı dövlət katibi Midhət Abbasovun sədrliyi ilə yaradılan komissiya fəaliyyətdə idi. Elə vəziyyət yaranmışdı ki, əsas sənədlər Nazirlər Kabinetində idi və dövlət müşaviri İxtiyar Şirinov məndən xahiş etdi ki, istintaqa yardım edim.

İstintaqın nümayəndələri Nazirlər Kabinetinə gəlib gərəkli sənədləri istəmişdilər. Həmin müstəntiqlərdən birinin adı Məzahir idi. Digər sənədlərlə birgə Artur Rasizadənin Moskvaya göndərdiyi teleqramı da aktlaşdırıb müstəntiqlərə təqdim etdim. Əslində, həmin sənəd teleqram yox, "şifrəli teleqram” adlanır, "şifroqramma” deyilir. Xüsusi poçtla göndərildiyindən hər adam oxuya bilmirdi”. 

Ramiz Yunus deyib ki, istintaq uzandığından Artur Rasızadənin həbs olunması məsələsi gündəmə gəlmədi. Hakimiyyət dəyişəndən sonra isə bu məsələ gündəmdən çıxdı.

Ramiz Yunus teleqramı oxuduğunu təsdiqləyib: "Təbii ki, sənəd rus dilində idi və Rəsizadənin imzası vardı. Teleqramın məzmunu təxminən belə idi: "Bakı şəhərində Sovet İttifaqının əleyhinə təxribatlar aparılır və bu, SSRİ-yə qarşı ideoloji hərəkatı gücləndirib. Gedişat respublikada sovet hakimiyyətinin çökməsi təhlükəsini yaradıb. Azərbaycan rəhbərliyi tərəfindən xahiş edirik, situasiyanı sabitləşdirmək üçün hərbi heyət göndərəsiniz, əks təqdirdə hakimiyyət təxribatçıların əlinə keçəcək”.

635x100

Şərhlər

Aslan 2022-02-02 18:37:59

Əgər yalandır düyirsə qoy desin kimin göstərşini yerinə yetirib Pus qoşunlarını Baklya çağırıb.Amma faktdır ki, Moskvaya Artur Rəsizadə telefon edib.

İLQAR 2022-01-24 11:46:09

Çox savadsız muzakirələr aparılır....Sovet dövlətinin vaxtında SSRİ qoşunları var idi və butun respublikalarda yerləşirdi...Dislokasiya əmri ancaq Sov.İKP MK tərəfindən verilirdi.....

Azərbaycanlı 2022-01-24 09:39:32

Artur adlı adamdan yaxşı nə gözləmək olardı.

Firdövsi 2022-01-21 14:33:39

Azərbaycan dilində səlist danışa bilməyən.amma Azərbaycanda anadan olub,82 il Azərbaycanda yaşayan , Arturun hətta Baş nazir vəzifəsinə qədər yüksəldilməsi hansı millətsevərin əməli ola bilərdi? Onun müraciəti dəöz başı ilə olmayıb.Bu müraciətin sifarişinin əslində kim tərəfindən olduğu araşdırılmalıdır.Artur Rəsizadənin hələ sağ olduğunu nəzərə alınaraq bu məsələyə müvafiq orqanlar aydınlıq gətirməlidirlər.Yox əgər əsas fiqur bəllidirsə.onu ictimailəşdirmək vacibdir ki, xalq dost və düşmənini tanısın.

t.ədalət 2022-01-21 01:16:08

Ordunu Bakıya kimin çağırmasını müzakirə etməyə ehtiyac yoxdur.Rusiya istəsə,elə indi də Qazaxıstanda olduğu kimi MDB məkanındakı respublikalara işğalçı qoşununu yeridə bilər.Yəni,Arturun müraciəti bir elə əhəmiyyət daşımır.Yadınızdadırsa,bir vaxtlar Putin Xəzər dənizindəki sualtı qayıqların birindən başında və əynində hərbi geyim peyda olmuşdu.

Oxucu 2022-01-20 23:31:24

........ olduğu üçün vəzifədə saxlanılıb.

RR 2022-01-20 22:36:55

Artur,,, n temiz rusun dominosu olub ))) hec ôz dilimizde danishada bilmirdiki,,,,

Zanzibar 2022-01-20 21:33:07

........ bunu, hindi boynuna almaz!

Eli 2022-01-20 21:31:50

İkimcisi.Eger Artur bey senede qoekse bele pespublika KP.MK- nın birinci katibi Vezirov ve NS-nin sedri Ayaz Mütellşbıvun xeberi olmadan bişi icea ede bilmezdi.Sovet döneminde bele şeyeler çıx olub .Birinci şexs özünü siğortalamaq üçün tabeçiliyinde olanları bel mesuluyyetin altına girmeye mecbur edirdiler.Bu halda ise tek Resizade yox bütün respublika rehberliyi cavabdehlik daşıyır.

Usta 2022-01-20 21:14:13

Buna ne serh.Artur kimi manqurtlar olmasaydi indi Azerbaycan 60 miyon ehalisi ve indiki Ermenistan, Gurcustanin yarsi ,Iranin yarsi,Daqestan ve indiki Azerbaycan boyda boyuk mohtesem bir olke olardi.

Eli 2022-01-20 20:57:32

Artur Resizade rehmetlik Hüseyn Cavid neslindendir ki onu ailesini tam mehv etdiker ancaq onu eye bilmefiker Srtır müellimin atası rehmetlik Tahir bey de o dövr de yeni 1937- ci ilde Cavidin ailesini tek qoymadı bacmayaraq diger emioğlı Şemil Resizade Naxçıvan NS-nin sedrinşm müsavini olanda ölum ayağında olan Ertoğtulu heç yoluxmamışdı.Tahir bey kimi Kişmin oğlu o hereketi etmez.Bu mümkün deyil.

t.ədalət 2022-01-20 20:56:25

Bakı qətliamını törətdiklərinə görə rus quldur hərbiçilərinə Həsən Həsənov baş nazir təyin olunduqdan sonra( onlardan 3 nəfərə) təşəkkürnamə verildi.Nazirlər Kabinetinin vestnikində (may nömrəsi) bu barədə məlumat var idi.Əgər onu ləğv etməyiblərsə qalmış olar.Həmin vaxtlar Ayaz Mütəllibovla Həsən Həsənov arasında Azərbaycana rəhbərlik davası gedirdi.Ayaz qədeş çox aqressiv hərəkət edirdi.ermənilərə görə qarşısına çıxanı məhv etməyə hazır idi.

Eli 2022-01-20 20:47:41

1990- vı il Yanvar hadiselerinin esl senebkarı Dünya ermenileri terefinden mehz rüşvetle ele alınmış,gerizekalı,arvadağız,öz xalqının be dövletinin düşmeni olan,ingilis casusu Qorbıv,Azerbaycanda ise onun kadrları olan qorxaq Vezirov ve Ayaz Müteşlibov olublar.Bu konkretdir.SSRİ Nazirler Sovetinşn sefri Rıjkov. da Qorbovu guya qorumaq meqsedi ile deyirdi ki Bakıya qoşoun yeridilmesi haqda emri men vermişem .SSRİ döneminde KP birinci katibi olan yerde NS sedri heç kim idi onda qala öğabin ol.Nağıl danışırlar.

Veteran 2022-01-20 20:05:39

Bəs faklar,sübütlar,sənədlər nə deyir?

Son yazılar