Rusiyanın 1 nömrəli siyasi təlxəyi Vladimir Jirinovski yenə Türkiyə tərəfə hürüb. Demək ki, Azərbaycana da yenə dil uzadıb. Bu dəfə konkret olaraq, o, Türk dünyasının böyük şəxsiyyəti Rəcəb Tayyib Ərdoğanı hədəf alıb.
Qardaş ölkə liderinin Moskva və Kiyev arasında vasitəçi olmaq təşəbbüsü sən demə, bu “liberal demokratı”, əslində isə radikal rus millətçisini (atası yəhudi olsa da) və qatı antitürkçünü əməlli-başlı özündən çıxarıbmış. İllərdir Rusiyada çarlıq üsul-idarəsini bərpa, Putini isə çar elan eləməyi təklif edən bu psevdo-demokrat Türkiyənin heç bir vasitəçiliyinin gərək olmadığını bildirib.
Sitat: “Türkiyə prezidentinə bunun heç bir dəxli yoxdur. Bu, Rusiya-Qərb qarşıdurmasıdır. Bu türkün burda nə işi? Qoy öz qoşunlarını Azərbaycandan çıxarsın. Hər yerə özünü soxur. O, Qazaxıstandakı vəziyyəti niyə tənqid edir? Bizə hər yerdə maneə yaradır. Burda özünü sülhsevər kimi göstərməyə çalışır”.
“LDPR” sədrinin budəfəki qarın sancısının səbəbləri naməlum sayılmaz. Məsələ ondadır ki, daim başqalarına özünü yalançı vasitəçi kimi sırıyıb imperialist maraqlarını yürütməyə çalışan, postsovet məkanında, Yaxın Şərqdə, Suriyada münaqişələri söndürmək əvəzinə, uzatmağa səy edən Rusiyanın özünə indi vasitəçilik təklif olunur. Həm də ruslardan fərqli olaraq, səmimi bir vasitəçilik. Təmənna-zad güdülmədən, çox ciddi və qüdrətli bir dövlət tərəfindən.
Ancaq görünür, Moskvada belə təklifi öz zəiflikləri kimi qəbul edirlər. Üstəlik, rəsmi Kreml və onun “Jirik” başda olmaqla siyasi və təbliğati qulbeçələrinə ağır gələn odur ki, Ərdoğan sırf iki slavyan dövləti arasında vasitəçilik təklif edir. “Qılınclarının qaşı”nın düşəcəyindən yaman qorxurlar. Amma qəbullanmaq istəmirlər ki, Ukraynaya təcavüz Rusiyaya da çox baha başa gələcək. Hərbisi (“bədəni”) nə qədər güclü olsa belə, iqtisadiyyatı (“ayaqları”) çox zəif olduğu üçün!
Ərdoğan isə aydın şəkildə deyib axı: “Hər iki ölkə ilə yaxşı münasibətlərdə olan ölkə kimi biz hazırkı vəziyyət çox üzür”. Yəni bir dost, tərəfdaş nigarançılığı və ismarışı. Burda pis niyyət anlamında nə var görəsən?
Əlbəttə, şəkk-şübhə yox ki, Ankaranın uğurlu vasitəçilik missiyası Ərdoğanın və ümumən qardaş ölkənin regiondakı, dünyadakı imicini gücləndirəcək, Jirinoski kimi tulaların, siyasi şarlatanların dilini isə gödək edəcək.
O ki qaldı, “Türkiyənin öz qoşunlarını Azərbaycandan çıxarması” tələbinə, əvvəla, bizdə Türkiyə qoşunları və ya hərbi bazası yoxdur. Müstəqillik dönəmində də olmayıb. Yalnız bəzi təlimatçılar, bir də Ağdamdakı Monitorinq Mərkəzində az sayda Türkiyə hərbçisi var. Vəssalam.
İkincisi, Azərbaycan öz ərazisində Türkiyə hərbi bazasının qurulmasını arzulasa, nə Jirinovskidən, nə də Rusiya rəhbərliyindən icazə və ya izn alası deyil. Şuşa Bəyannaməsi kifayətdir.
Müxtəsəri, “qatar” artıq gedib və Azərbaycan çoxdan Rusiyanın “arxa bağçası” sayılmaz. Zamanı çatanda Qarabağdakı sülhməramlı qüvvələrin ərazimizdən necə çıxarılacağını görəndə Jirinovski buna bir daha əmin olacaq. Təbii ki, o vaxtadək bağrı çatlamasa.
Şəkki vassal Ermənistana və ya Belarusa gedib deyəsən bu şeytanın...(musavat.com)

Şərhlər
O qədər də dərin ağıl tələb etməyən mükəmməl analiz, təhlil. Hərdən bir bizi məlum “politiloq”lara diqqət yetirirəm, adam dəhşətə gəlir. Özlərini siyasi icmalçı, nə bilim siyasi icmalçı yarlıkı götürüb elə maraqlı açıqlamalar verirlər ki, adam bunların yalanlarfına tam inanır. Bu yazının mqəllifi bilmirəm kimdir, ancaq o qədər hamının anladığı şəkildə hər şeyi yerbəyer edib. Əhsən, bu jurnalisdirmi, siyasi icmalçıdırmı deyə bilmərəm, gələcəkdə onun təhlilləri Sizin saytınızı bəzəsə, bu çox gözəl bir iş olar. Cəlal Məmmədov jurnalisdirmi, siyasi icmalçıdırmı, bunu da bilmirəm.Lakin onun təhlillər əsasında gəldiyi nəticələr bəyəniləndir. Ola bilər ki, oxuculardan kimsə fikrimlə razılaşmaya bilər, bu gəldiyim rəyimdir.
“Jirinovskinin bitməyən Türkiyə sancıları” yazısına gəldikdə mərhum sənətkarı Hacıbaba Bağırovun bir yumoristik səhnəsi var. Bir nəfər əlində bir predmet səhnədə ora-bura qaçır milçək qovur. Hacıbaba Bağırovdan soruşurlar ki, bu niyə belə edir, cavab o olur ki, fikir verməyin, onun da çörəyi ondan çıxır. Həmin adam sən demə sanitar-epidemioloji stansiyanın işçisi olur.
Mənim Ankarada yaşayan bir qohumum var. Necə oldusa, söhbət Jirinovskidən düşdüş Mən onu tənqid edəndə qohumum cavabında dedi ki, Siz dediyiniz onun görünən tərəfidir. Onun bu gün də Türklərlə isti münasibətləri var, hətta biz Moskvaya gedəndə o, bizi çox yüksək səviyyədə qəbul edir, görüşlərimiz olur və s. İndi neyləyək ki, bu bədbəxtin də çörəyi milçəkdən çıxır.
Özüm görməmişəm, amma eşitdiyim qədər insan can verən ərəfədə çox amansız olur, özünü ora-bura vurur, nə bilim nələr-nələr edir. Rusiya artıq aqoniya vəziyyətindədir. Bu binəva ölkənin binəva rəhbərliyi artıq olmayan başını itirib. Ola bilməz ki, sən yaxşı olasan, ətraf ölkələr isə hamısı pis olsun. O ölkəyə bir caynaq atır, bu birisinə sülhməramlı adı ilə qoşun yeridir, müstəqil dövlətin ərazisinə qoşun yeridir. Bunu sağıam düşüncəli, normal adam etməz. Artıq onlarda paranoyya baş verir, nəyin hesabına eyforiyyadadır. Onlar unutmamalıdırlar ki, bütün nəhəng dövlətlər birləşib SSRİ kimi imperiyanı dizi üstə çökdürdü, tamamilə yerlə yeksan etdi. Rusiya artıq qaşınır deyəsən onun burnunun ovulan vaxtıdır. Bu qədər.

İt hürər karvan keçər daha doğrusu jirinovski hürər sayın Ərdoğan öz işini görər
Jirinovskini Türkiyədə həbsxanada "xoruz"eliyiblər, o vaxtdan da o özünü Rusiyanın baş"xoruzu" hesab edir.
deyəsən jirik türk "dərmanı" istəyir!
Çox gözəl yazıdı.Qələmniz iti olsun !