Mədəniyyət Nazirliyi "Şuşa" qalmaqalı ilə bağlı açıqlama verdi

Məlum olduğu kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən "Şuşa” komandasının adının "Buta” ilə əvəzlənməsi günlərdir müzakirə mövzusudur. Onların həmin müsabiqəyə hansı xətlə qatılması da sual doğurur.

Artıq Mədəniyyət Nazirliyi də məsələ ilə bağlı açıqlama yayıb.

Qurumdan missiya.az-a bildirilib ki, komanda müsabiqəyə dövlət xətti ilə yollanmayıb. 

"Bildirmək istərdik ki, Mədəniyyət Nazirliyinə bu mövzu ilə bağlı heç bir müraciət daxil olmayıb. Sözügedən klubun nazirliklə heç bir əlaqəsi yoxdur”, - nazirliyin mətbuata açıqlamasında deyilir.

Qeyd edək ki, KVN komandasının bu addımı böyük qalmaqala səbəb olub. Sosial şəbəkə istifadəçiləri və ictimaiyyət nümayəndələri komanda rəhbərliyinin ermənilərin tələbi ilə adın dəyişdirilməsinə etiraz edirlər.

Komandanın rəhbəri Müşfiq Abbasov isə  ölkə.az-a açıqlamasında onun başçılıq etdiyi KVN komandasını tənqid edənləri -  deputatları, xalq artistlərini, jurnalistləri, ictimaiyyət nümayəndələri təhqir etməkdən çəkinməyib. 

"Hamısı qələt edirlər, başlarını daşa döyürlər" - deyə başlayan açıqlamasında qeyrətdən, namisdan danışıb. Hətta "əgər onların şəxsiyyətləri varsa, oyunumuza bilet alıb gəlsinlər, dəstəkləsinlər, bizi alqışlasınlar"  deyə, həddini aşan ifadələr işlədib.

Maraqlıdır, bu adam ictimaiyyəti təhqir etmək cəsarətini kimdən alır?

"AzPolitika.info"

635x100

Şərhlər

Bərdəli 2022-01-26 01:36:32

Ay .. camaatın pulu deyəsən səni qudurdub.Tuman geyinən "KİŞİ"

Vahid 2022-01-24 22:20:15

Əyər o sözləri deyibsə,qələti özu eliyir başını da daşa da döyür başqa şeyə də döyür. Qeyrətdən dəm vuran adam elə Soçidə Şuşanın qeyrətini çəkərdi. Soçidə ermənidən qirxub gəlib burda camaatı təhqir eliyir. Axmaq. Başqa sözlər də yazardım,başqaları oxumaseydi.

Vidadi 2022-01-24 21:32:11

Bu məsələ ciddi araşdırılmalı,Belə kollektivin təşkili,sponsoru və özbaşınalığa.səhlənkarlığa yol verən qurumlar cavab verməlidirlər.Ölkənin imicini korlamaq ən ağır cinayətdir.Özbaşına öıləni xaricdə necə təmsil etmək olur? Burada məqamlar açıqlamalı,ictimaiyyətə məlumat verilməlidir.Mədəniyyət nazirliyi niyə fəaliyyətsizliyini təsdiqləyir.Bu zaman onlar da məsuliyyət daşıdıqlarını duymalıdırlar....Nazir ona tapşırılan sahə üzrə məsuliyyət daşımalıdır.

Vətəndaş 2022-01-24 21:25:10

Kim nə istəsə,özbaşına edə bilərsə.hətta xaricdə ölkəni təmsil etmək belə özbaşına olur? ...

oleq 2022-01-24 21:04:18

əgər bir dıga sənin komandanın adını məcbur edib dəyişdirirsə, sən hansı əsasla şərəfini qoruya bilmədiyin QƏLƏBƏ simvolumuz olan "ŞuŞa" adını istifadə edirsən,bundan sonra öl yerə gir!

turan 2022-01-24 19:59:24

Bu adam məktəbi və institutu rusca qurtarıb. 5-ci kolonun nümayəndəsi , ona görə millətə şıllaq atır.

İ.Mustafaoğlu 2022-01-24 19:45:30

Onlar şəxsi maraqlarını , dövlətin maraqlarından üstün tutduqlarına görə cinayət işi açılmalıdır ! Onların xidmətlərinə hüquqi qiymət verilməlidir.

Samir 2022-01-24 19:30:08

Səhnə almaq üçün Müşfiq Abbasov Şuşanın deyil öz adını dəyişib Müşfiqə qoyması daha məntiqli olardı.Bu biqeyrətlikd.... Zatən Müşfiq öz sennariləri ilə daima xalqı aşagılayirdı. Bundan belə ....gözləmək olardı. ....

Watchman 2022-01-24 18:09:26

Müşviqin yekəbaş və özündən razı biri olması hələ Bu şəhərdə-nin konsertlərindəki əttökən çıxışlarından bəlli olurdu.

TT 2022-01-24 17:39:00

PA hara baxir ? prokurorluq hara baxir? MN qunahi ûstûnden atir, Bunnara cinayet ishi acilmalidi !!!!!!!!!!!!!!!!!!! Hec bilirsiz ne edib bu s.....? Milli qeyretimizi tapdalayiblar, !!!

Eli 2022-01-24 16:52:10

Bir melek olsa ağılsız beşer,Yüz illik hörmetden bir günde düşer.Bele bir vacib milli meseleni şexsi maraqlarına qurban verenlere qoy cemiyyetin bütün tebeqeleri öz qiymetinş versin.Axı kime lazımdır bele seviyyesiz “Bu Şeherde” komandası,bunun ne milli deyerleri var.

Son yazılar