Menu

Keçmiş deputatlardan referendum təklifi – "Deputatların sayının 200-ə çatdırılması yaxşı olardı"

31.01.2022, 17:18
Keçmiş deputatlardan referendum təklifi – "Deputatların sayının 200-ə çatdırılması yaxşı olardı"

Keçmiş deputatlar - Əliməmməd Nuriyev və Çingiz Qənizadə Milli Məclisin tərkibinin genişləndirilməsi barədə təkliflə çıxış ediblər. Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Ə.Nuriyev yenisabah.az-a açıqlamasında deyib ki, parlament üzvlərinin sayının artırılması ilə və eyni zamanda, proporsional seçki sisteminə qayıdışla bağlı müzakirələr zaman-zaman gedib, sonra isə dayanıb.

O xatırladıb ki, 2002-ci ildə proporsional seçki sistemi referendum vasitəsilə ləğv olunub: “O zamana qədər proporsional seçki sistemi qismən istifadə olunur və 125 deputatdan 25-i məhz proporsional seçki sisteminə ayrılmışdı. Zaman keçdikcə, bu məsələyə tez-tez qayıdılır və xüsusilə də son illərdə siyasi partiyalarla bağlı yeni yanaşmaların tətbiq edilməsi bu müzakirələri daha da gücləndirib. Bildiyiniz kimi, Prezident Administrasiyasında Siyasi Partiyalarla İş şöbəsi yaradılıb, bu şöbə kifayət qədər səmərəli fəaliyyətə başlayıb və bütün siyasi partiyaların hökumətlə dialoqunu təmin edə bilir. Eyni zamanda, siyasi partiyalarla bağlı hər hansı bir problemi daha operativ və sürətli həllinə nail olmağa çalışır. Belə ki, bu qurumun dəstəyi ilə siyasi partiyaların yerlə təmin edilməsi prosesi həyata keçirilib. Ona görə də, bu istiqamətdə müzakirələr ümid edirəm ki, davam edəcək və siyasi sistemin bu alətiylə bağlı məsələlərdə də dəyişikliklərin baş verməsi gözlənilə bilər”.

Parlamentin say tərkibi ilə bağlı məsələyə gəldikdə isə, Ə.Nuriyev qeyd edib ki, parlament üzvlərinin sayı 200-ə çatdırılması yaxşı olardı: “Çünki əgər biz oxşar ölkələrə baxsaq, hətta əhalisinin sayı Azərbaycandan daha az olan ölkələrdə belə parlament üzvlərinin sayı çoxdur. Bu istiqamətdə daha yaxşı təmsilçiliyin təmin edilməsi nail olmaq üçün bütövlükdə bu alətdən də istifadə etmək olar”.

Ə.Nuriyevin sözlərin görə, bütün bunlar üçün Konstitusiyada dəyişikliklər edilməlidir: “Çünki parlament üzvlərinin norması Konstitusiyada müəyyən edilib. Eyni zamanda, proporsional seçki sisteminə qayıdış ilə bağlı məsələ də Konstitusiyada öz təsdiqini tapmalıdır. Bu isə referendum vasitəsilə olan bir məsələdir və hazırkı şəraitdə referendum nə qədər məqsədəuyğundur, deyil bilmərəm.

Hətta referenduma gedib-getməmək məsələsinin lehinə və əleyhinə olan arqumentlər də var. Lehinə olan arqument Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qalibiyyətdir və bütün insitutlar da bu qalibiyyətin əldə edilməsi məsələsində eyni mövqedən çıxış etdilər və demək olar ki, Prezidentin bu istiqamətdə olan bütün təşəbbüsləri dəstəkləndi. Siyasi partiyalar arasında demək olar ki, inkişaf etməyə başlayıb. Amma bir tərəfdən baxsaq deyə bilərik ki, Azərbaycan müharibədən çıxıb, Qarabağda böyük quruculuq işləri gedir və bunun üçün çox ciddi resurslar yönəlib. Belə olan halda seçki də bahalı resurslardan biri sayılır. Ona görə də, bu məsələni bir az düşünmək lazımdır”.

Keçmiş deputat Çingiz Qənizadə də Azərbaycanın seçki sistemində islahatlara ehtiyac olduğunu, ilk növbədə majoritar, proporsional seçki sisteminin tətbiq edilməli olduğunu vurğulayıb: “Bu seçki sistemi Ermənistan və Gürcüstanda mövcuddur. Digər tərəfdən, deputatların sayı ilə bağlı çox ciddi problem var. Hazırda əhalinin siyahıya alınma prosesi gedir və hər dairədə 2-3-4 min seçici sayı çoxdur. 1995-ci ildə biz Konstitutsiyanı qəbul etmişik. Konstitutsiyanın 82-ci maddəsində yazılır ki, Milli Məclisin tərkibi 125 nəfərdən ibarət olmalıdır. Bu 7 milyon əhaliyə hesablanmışdı. Lakin indi 10 milyondan çoxuq. Bu baxımdan dünya təcrübəsinə baxsaq, 10 milyon əhalisi olan ölkələrdə 200, hətta 300 nəfər parlamentari var.

Gürcüstan, Ermənistan bizim yarımız qədərdir. Deputatların sayı təxminən eynilik təşkil edir. Hesab edirəm ki, gələcəkdə deputatların sayı artırılmalıdır. Ona görə yox ki, parlamentdə çox deputat olsun. Ona görə ki, 1 millət vəkili 40 min seçici ilə işləmək imkanını çox çətinliklə reallaşdırır. 40-42 min seçici ilə işləmək millət vəkili üçün olduqca ağırdır. Bir millət vəkili necə 50 kəndin deputatı ola bilər?”

Ç. Qənizadə deyib ki, Azərbaycanda təxminən 20-25 min əhalisi olan dairələr formalaşmalı, millət vəkillərinin sayı artmalıdır. Onun fikrincə Milli Məclisdə təxminən 50-60 deputat yeri artırıla bilər.

“AzPolitika.info”

Şərhlər

milli 2022-02-01 15:39:46

Bunlara xarici fondlardan guya müxalifətçi adı ilə aldıqları külli miqdarda qrantlar azlıq edir. Bir bunlara baxın ee. Yazıq insanlardan alınan vergiler hesabına Milli Məclisdə oturub, havayı yeyənlər az idi, indi siz gəlin yeməyə.Adamda bir itanan sifət olar!!!

Eli 2022-02-01 01:39:05

Eslinde bunlar düz deyiir men onları “ destekleyirem.Niye?Bir Atalar misalı var:Hemişe tamarzıdan kes ver dadanana.Millet de qoy rehmetlik Mirze Elekber Sabirin “Millet nece tarac olur olsun ne işim var ….” şerini oxuyub ezberlesin.Ele bil bu atalar miseslı bunlar üçün deyilib:Birinden soruşurlar ki ağıllınız kimdir.Cavab verirler ki qabaqda geden zencirli.

Veteran 2022-02-01 01:01:31

Sizdən deputat yox DOST xidmətinin xəttilə küçə süpürənlərin zibil daşıyanı olar.

hər iki deputata 2022-01-31 19:51:07

siz başa düşmürsüz ki, büdjədə pul yoxdur? Bəs qazilərərin, əlillərin pulları niyə kəsilir?. Siz də başlamısınız ki, deputatxanada 200 deputat olmalıdır!

Mubariz 2022-01-31 19:39:46

Guya indi ki say nə edib ki , 200- nəfər nə edəcək ? Bunlarda özlərini yer etmək üçün , YAP -a keçdilər ,gördülər ki bir şey çıxmır ,təklif verirlər . Məncə MM ləğv edilməlidir və PA -nın filyalı kimi fəaliyyət göstərməlidir , artıq pula qənaət etmək lazımdır

RAHİM 2022-01-31 18:51:01

XEYİR OLA. YAXŞI OLARKİ HƏR BÖLGƏDƏN HƏQİQİ SEÇİLƏN DEPUTATLAR OLSUN. XALQIN CİBİ HESABINA FƏALİYYƏT GÖSTƏRMƏYƏN BİZNESMENLƏR KİMƏ LAZIMDIR.

İ.Mustafaoğlu 2022-01-31 18:27:39

Qənizadəyə deputat olduğu müddət ərzində bir seçicinin dərdinə şərik olubdurmu? Qaldı deputatların sayının artmasına isə deyə bilərəm ki, iqtisadiyyatın ağır bir dönəmində deputatlarının sayının artmasına yox, azalması məqsədə uyğundur, çünki hamısı öz biznesləri ilə məşğul olurlar. Azərbaycanımızın inkişafını istəyiriksə, birinci növbədə Milli Məclis buraxılmalı, yenidən demokratik qaydada seçki keçirilməlidir. İnkişafın yolu yalnız demokratik seçkidədir !

Valid 2022-01-31 18:24:33

Məncək 1000 1500 olda lap yaxşı
Olar

turan 2022-01-31 18:20:13

Bunlar deyəsən özlərinə iş tapa bilmirlər

Eldəniz 2022-01-31 17:29:31

Kimə lazımdır bu qəder deputat , bir uşaq pulu nu belə qanun layihəsinin müzakirəsi tam olaraq davam etdirilir . Pərakəndə şəkildə bir neçə deputat deyir ...Qalan oliqarx biznesmener isə 30 ildir deputatxanda işləyir hələ də ağzını açıb 1 kəlme sahibi belə olmayıb ...Azaldıllsa daha yaxşı olar ....Eləcə də artıq və heç kimə lazım olmayan nazirliklər var ... Büdcəyə əlavə yükdür . Onlara ayrılan pul vətən müdafiə edən hərbicilerimize , qazilerimize verilsin...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol