O BAYRAQ SİMVOLU NAMƏRD SİNƏLƏRDƏ DAŞINMAĞA LAYİQ DEYİL!
Elxan Şükürlü
Həya hissi hər kəsdə olmaz! Bu, qadınlarda namusa və ismətə, kişilərdə isə şərəf və qürura bağlı keyfiyyətdir. Yəni, qadının həya dərəcəsi ilk baxışdaca onun iffəti və namusu haqda təəssürat yaratdığı kimi, bir kişinin abır-həyanı gözləyən davranışları da, yaxından tanımasan belə, kənardan onun xarakteri, şərəfi və qüruru haqda təsəvvür formalaşdırar.
Özü də bu, mənim yox, dünyanın ən ağıllı, müdrik başlarının, hətta alimlərinin gəldiyi qənaətdir. Məsələn, qədim yunan filosofu Diogen həyanı “İnsan dəyərlərinin tamamlayıcısı” sayar, ingilis alim Tomas Yunq “Həyalı insan əclaf olmaz” deyər, alman Şiller “İnsanın günahları artdıqca, həyası azalar” tezisini irəli sürər, ingilis yazıçı Bernard Şou isə elə açıqca “İnsan nə qədər çox şeydən həya edərsə, bir o qədər də şərəf və qürur sahib olar” yazardı...
Fikrimcə, həya haqqında ən möhtəşəm fikri isə Həzrəti Əli deyib: “Həyanın zirvəsi insanın özünün özündən həya etməsidir”...
Dostlar, bu həya mövzusuna toxunmağım səbəbsiz deyil!
Öz tamahı, nəfsi ucbatından ailəsini və ölkəsini nəinki İngiltərədə, bütün dünyada rəzil-rüsvay etmiş oliqarx-deputat Cavanşir Feyziyevin baş verənlərə görə xalqdan, seçicilərindən üzr istəmək və sonra da sakitcə tutduğu vəzifələrdən istefa vermək əvəzinə, utanıb-qızarmadan çıxıb onun naqis əməllərini dilə gətirən jurnalistlərimizi suçlaması və aşağılamasının, “Bütün vəsaitlər şəffaf və qanuni yolla əldə edilib... Mənim siyasət və məişət dələduzlarına heç bir hesabat vermək fikrim yoxdur” deməsinin bircə adı var: utanmazlıq, abırsızlıq, sırtıqlıq, həyasızlıq!Adama deyərlər, yaxşı, dələduz saydığın bu jurnalist və siyasətçilər qarşısında məsuliyyətin yoxdur və hesab vermək istəmirsən, bəs, bu xalqa niyə hesabat vermirsən?! Mandatını cibində hərlədiyin bu xalqıdamı dələduz sayırsan, ay oğru, ay cibgir, ay fırıldaqçı, ay yalançı!Məgər sən İngiltərə məhkəməsində artıq varlığı sübuta yetirilmiş milyonlarını halal və qanuni yollarlamı qazanmısan?!Sən heç halalla haramın fərqini bilirsənmi?! Dərmanpulu tapmadığından xəstə körpələri gözlərinin qabağında ölən, xəstəxana və aptek qapılarında sürünən və dilənən gözüyaşlı valideynlərin cibinə girib son qəpiyinədək çırpışdırmaqla toplayıb xaricə daşımamısanmı bu milyonları, milyardları?!Unutma: Allah belələrini rüsvayi-cahan etməmiş, öldürməz! Görəcək günlərin hələ qabaqdadır!Hə, bir də şərəf və ləyaqət davası açmaq fikrinə düşsən, o faktı da unutma: xalqdan oğurlayıb xaricə daşıdıqlarınızı həyat yoldaşlarınızın və qızlarınızın adına yazdırıb, onları yad ölkələrin məhkəmə qapılarında, yad hakimlər önünə çıxarıb süründürəndə, yalan danışmağa vadar edib utandıranda, siz artıq bu haqqı itirmisiniz!
Bir türk və müsəlman kişisinin şərəfini və qürurunu yerə vuran, onu ən çox alçaldan öz naqis əməllərinə ailəsini alət və ortaq etməsidir, ay türk əxlaqından yazan deputat Feyziyev!
Bu, sənə və sənin kimilərə toxunmasa da, dövlətimizin simvolunu pencəyinin yaxasına taxdığından, bizə toxunur! O bayraq simvolu namərd sinələrdə daşınmağa layiq deyil! Sən onu daşımağa layiq deyilsən, o nişanı çıxar!
Şərhlər
Axı, araşdırmaq lazımdır bu iblis KİMİN KÖMƏKLİYİ ilə MİLLİ MƏCLİSə düşüb. Cox bəsit.
Elxan Şükürlünün yazılarını daim izləyən birisi kimi, demək istəyirəm ki, bu yazısı da çox düzgün və məsələyə obyektiv yazılmış bir təhlildir...
İngiltərə məhkəməsi qərar çəıxarana qədər bilmirdiniz ki, bu adam mi9llətin qanını saxta və od qiymnətinə kimi sünui şəkildə bahalaşdırılmış dərmanlarla soran şümürdür? ..... hünəriniz var hələ ifşa edilməmiş ali rütbəli korrupsionerləri ifşa edin.. MM də də , ondan kənarda da onlar N qədərdir. Görək bacaracaqsınızmı?
Düz deyirsiz o Bayraq nişaı ona layiq deyil. O pullar burdakı insanlara məxsusdu. Görəsən belələrifirləşmir ki.bu dünyadan köçəndə 5 metir ağ qismət olcakmı.
Məgər Mili Məclisdə digər Cavanşirlər azdır?Bir sıra biznesmenlər toxunulmazlıq statusu almaq üçün müxtəlif yoııarıa MM-də sayılırlar.Çoxu heç MM-in iclaslarında iştirak belə etmirlər.
Elxan Şükürlüyə təşəkkür edirik, minnətdarıq. Allah sizdən razı olsun. Millətin demək istədiyini dilə gətirdiniz. Allah sizi və azpolitika.info saytını qorusun. Bir daha təşəkkür edirik. Çox sağ olun.
Çox əhatəlİ, obyektiv, zərgər dəqiqliyi ilə edilən təhlil. Vallah ölkəmizdə elə anormal vəziyyət yaranıb ki, düzgünün harada, yalanın harada olmasını ayırd edə bilmirik. Bu ölkənin hüquq mühafizə orqanları harada ölüb-qalıb? Tağı Əhmədov 3 milyon dolları Akif Çovdarova verir, sonra da deyir halal edirəm. Mədəniyyət Nazirliyinin idarə rəisi ifadə verir ki, 2,5 milyon dolları otağında Əbülfəz Qarayevə verdim, Elmar Məmmədyarov ABŞ-da 4,5 milyon dollar ev alır, sonra deyir bu halal pullardır, Cahangir Hacıyevin arvadı İngiltərədə 2000 funt sterlinqə şərab alır, Oqtay Əsədovun milyonlarla sərvəti barədə informasiyalar yayılır, Mövlam Şixəliyevin milyonlarla varidatı tirajlanır, yenə reaksiya verilmir. Belə olduğu təqdirdə bu Prokurorluq, DTX, DİN kimə və nəyə lazımdır? Gərək hər məsələ ilə bağlı Prezident müdaxilə etsin? Cinayətkar məsul vəzifədə işləməməlidir, Parlamentdə əyləşməməlidir. Məgər Cavanşir Feyziyev Parlamentdə təkdirmi? Allah rəhmət eləsin Rəfayıl Cəbrayılova. İş görün nə yerə çatıb ki, deputat vəsiqəsini girov qoyurlar. Allahın şəxsiyyət vəsiqəsini girov qoymaq qadağandır. 4000 seçicinin səsini girov qoyasan, gərək debil olasan ki, bu vəsiqənin dəyərini, çəkisini bilməyəsən. Rəhmətlik Rəfayıl Cəbrayılov da Oqtay Əsədovun zibilinə düşüb. Söhbət Oqtay Əsədovdan düşmüşkən, bu lider öz “seçicilərini” saylb heç Parlamentin iclaslarına qatılmır. Allah da bu millətdən bezib, Bəlkə bizim öhdəmizdən cənabi Əzrayıl gələ. Hesab edirəm ki, bizim şərəfli mətbuat işçiləri bu məsələdə Əzrayıla yardımçı olacaqlar. Nə isə .....
Əhsən Elxan Şükürlü, tam dəqiq fikir və münasibətdir...
bu geder sozden Sonra istefa ver...
Yazınızı dəstəkləyirik!