BƏS, MEHDİYEV, QARALOV, USUBOV, SADIKOV...? - “Tərtər işi”ni ört-basdır edənlər də məsuliyyətə cəlb olunacaqlarmı?

Məlum olduğu kimi, bu gün Baş Prokurorluq "Tərtər işi" ilə bağlı növbəti dəfə məlumat yayıb.

Məlumatda daha 163 nəfərin işgəncəyə məruz qaldığının müəyyən edildiyi vurğulanır: “Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalan 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib. İş üzrə zərərçəkmiş şəxslərin müəyyən edilərək dindirilməsi prosesi davam etdirilir...”

Bu, o deməkdir ki, zərərçəkənlərin sayı burada göstərilənlərdən də xeyli çoxdur. Həmin məlumatda qeyd olunanlar həm də bu işin nə qədər böyük miqyasa malik olduğunu və ordumuza qarşı geniş təxribat xarakteri daşıdığını bir daha təsdiqləmiş olur.

Ancaq bu məsələdə bir neçə sual meydana çıxır. Hələ 2017-ci ildə baş verən, “5-ci kolon”un dövlətə və orduya qarşı qəsdinin tərkib hissəsi olduğu şübhə doğurmayan bu cinayətin qarşısı niyə zamanında alınmadı və sonradan niyə bir müddət bu iş ört-basdır edildi? Həmçinin, niyə bu işə birbaşa nəzarət etməli olan yüksək vəzifəli şəxslər hazırda məsuliyyətdən kənarda saxlanılır?

Qısa xatırlatma olaraq qeyd edək ki, 2017-ci il mayın 7-də Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanatla bir qrup hərbi qulluqçu və mülki şəxsin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq etdiyinə görə saxlandığını açıqlamışdılar.

Prokurorluq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açmış və saxlanılanlar müxtəlif müddətə azadlıqdan məhrum edilmişdilər.

Lakin sonradan məlum olub ki, bu işin istintaqı zamanı azı 9 hərbi qulluqçu işgəncələrdən ölüb. Bəzi ekspertlər öldürülənlərin sayının daha çox olduğunu bildirirlər. Zərərçəkənlərin ailə üzvlərinin dediklərinə görə, ümumilikdə 1700-dən çox hərbçiyə işgəncə verilib. İşgəncələrə məruz qalanların çoxu Aprel döyüşlərində xüsusi fəallıq göstərmiş, vətənpərvərliyi, peşəkarlığı ilə seçilən hərbçilər olublar.

Artıq heç kimə sirr deyil ki, “Tərtər işi”-nə sabiq Baş prokuror Zakir Qaralov, onun muavini Rüstəm Usubov, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov və Hərbi prokuror Xanlar Vəliyev nəzarət ediblər. Tərtər hadisələrinin başında isə birbaşa Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun durduğu barədə hərbi ekspertlər, hüquq müdafiəçiləri və vəkillər tərəfindən açıqlamalar yayılıb. 

Qeyd olunub ki, bu prosesləri Müdafiə Nazirliyinin Daxili təhlükəsizlik idarəsinin rəisi, general-mayor Ramil Əsgərov aparıb. O isə N.Sadıkovun doğma bacısı oğludur. Lakin indiyə qədər bu cür ağır ittihamlarla bağlı nə N.Sadıkov, nə də R.Əsgərov heç bir açıqlama verməyiblər. Sanki belə də olmalı imiş.

Son günlər isə I Qarabağ Müharibəsi zamanı 1993-cü il dekabrın 30-dan 31-nə keçən gecə Ağcabədi istiqamətində keçirilməsi planlaşdırılan, lakin 1 gün gecikmə ilə baş tutan və uğursuzluqla nəticələnən “Çeildağ” əməliyyatının detalları üzə çıxıb. Respublika Hərbi Prokurorluğunun sabiq Xüsusilə Mühüm İşlər üzrə böyük müstəntiqi Kamal Əliyevin bu hadisə ilə bağlı açıqlamasından belə məlum olur ki, həmin əməliyyatda 82 azərbaycanlı hərbçinin tələyə salınaraq öldürülməsində Nəcməddin Sadıkovun “xüsusi xidməti” olub. Mətbuatın bu ittihamla bağlı N.Sadıkova ünvanladığı suala isə o, sadəcə, “məni narahat etməyin!” deməklə cavab verib. Vəssalam.

Bəs, görəsən hardandır N.Sadıkovun, eləcə də “Tərtər işi” başda olmaqla, dövlətə, orduya qarşı cinayətləri araşdırmalı və zamanında həqiqəti ortaya çıxarmalı olan Zakir Qaralovun və Rüstəm Usubovun, ən əsası isə bu işdə əsas böyük fiqur olan, “5-ci kolon”un mənəvi atası sayılan, həmin vaxt Prezident Administrasiyasına rəhbərlik edən və hər şeydən çox yaxşı məlumatlı olan Ramiz Mehdiyevin arxayınçılığı? Bu şəxslər məsuliyyətə cəlb edilməli deyillərmi? 

Həmin vaxt məhz Mehdiyevin rəhbərlik etdiyi Prezident Aministrasiyasından icra hakimiyyətlərinə “Tərtər işi” əsas götürülərək, orduyla bağlı “vətənə xəyanət” təbliğatı aparılması göstərişi verilmişdi. Nədən “Tərtər işi” yalnız Mehdiyev yüksək vəzifəsindən məhrum olandan və 2020-ci ildə Baş prokuror dəyişdiriləndən sonra obyektiv araşdırılmağa başladı?...

Baş Prokurorluğun son məlumatında daha bir maraqlı məqam sözügedən hadisələrlə bağlı 16 qanunsuz məhkəmə qərarının ləğv edilməsidir: “Məhkum olunmuş şəxslərlə bağlı cinayət işləri öyrənilərkən müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından ötrü Baş Prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilib”. 

Bu, o deməkdir ki, həmin 16 qanunsuz qərarı verən hakim də məsuliyyətə cəlb olunmalıdır. Müəyyən etmək lazımdır ki, onlar kimin tapşırıqlarını yerinə yetiriblər və bu tapşırıqların kökü kimə qədər gedib çıxır.

Suallar çoxdur. Bu suallara ən dolğun cavabı isə heç nədən çəkinmədən bu işi sonadək araşdırmalı olan istintaq verə bilər. Əgər bu iradə sonadək ortaya qoyulsa, böyük ehtimalla bu işin arxasında təkcə Nəcməddin Sadıkovun deyil, prokurorluğun əvvəlki rəhbərliyinin və “5-ci kolon”un ən təpədəki isminin də rol aldığı üzə çıxa bilər...

C.Məmmədov

“AzPolitika.info”  

635x100

Şərhlər

Vetendash 2022-02-11 11:59:45

Bes Medet Quliyev? Oda o dovurde DTX ya nezaret edirdi. En azindan xeberi olmayibsa, bes serishtesiz fealiyyetine ne deyesen. Bu hadiseler bash verende o velesobet sururdu. Bunla kifayyetlenmek olmaz.

Gəncə 2022-02-11 00:31:33

yırtıcı sifətlərə malik olan antimilli ünsürləri həbs etmək azdır.

aydın 2022-02-10 23:51:39

Ölkəmizdə sosial narazılıqları yaradanlarda adları qeyd olunmuş məmurlar və onları qohumlarıdır . Rüstəm Usubovun əmisi oğlu Şəki İHB Elxan Usubov , o Şəki xanı ləqəbi ilə tanınır, işə gəlməyərək 11 ildir ki, qiyabı başçı vəzifəsini yerinə yetirir.....? Onun birinci müavini həsən həsənon 24 ildir həmin vəzifədə, artıq 70 yaşı var, müavini zərinə cavadova 17 ildir müavindir, Hüqu şöbəsinin müdiri əhmədiyə 40-ildir həmin vəzifədədir artıq 70 yaşı var, Ərazi İdarə etmə şöbəsinin müdiri rəfail mənəfov artıq 30- ildir işləyir, Həmkarların sədri qüdrət babayev artıq 40-ildir həmin vəzifədədir, cəbhə dövründə İHB müavini işləmiş cahangir nəbiyev vəzifəsindən istifadə edərək əhalinin istirahət yerlərini mənimsəmiş, yerinə Fantan kafesi kimi fəaliyyət göstərir, aidiyyatı qurumlar onun özbaşnalığına göz yumur. Yenidən cahangir nəbiyev icra hakimiyyətinin memarlıq şöbəsinə işə qəbul edilmişdir, yenədə öz pis niyyətindən əl kəçməyir. Şəhərin hə yeri onundur. belə bir rayonda inkişaf olarmı ???

İsmayıl Xələfov 2022-02-10 22:43:05

Bir cinayət işində 16 məhkəmə qərarı ləğv edilirsə, dağıl ey dünya.

"məhkəməyə" 2022-02-10 22:25:50

"ədalət məhkəməsi" bəh-bəh-bəh!

çauşesko 2022-02-10 22:23:03

beşnic kolon həm də zavallı və ümidsiz xarici işlır nazirliyində kök salıb. kreml cocukları xələfov-azimov cütlüyü hələ də iş başındadırlar...

RAHİM 2022-02-10 19:06:34

Hörmətli Kamran bəy ümüd edirəm ki TƏRTƏR işinin ƏDALƏTLİ BAŞA ÇATMASI SİZƏ ÜMUMXALQ SEVGİSİNİ GƏTİRƏCƏK.BU İŞƏ RƏHBƏRLİK EDƏNLƏR CƏZALARINA ÇATACAQLAR.

Cəmşid Dərələyəzli 2022-02-10 17:20:34

İnanırıq ki, nəhayyət də Ölkə Başçısının tam nəzarətində olan "Tərtər işi"nin istintaqı bu işin icraçıları ilə birlikdə, onlara göstəriş verənləri və bu cinayətə zamanında göz yuman keçmiş Baş Prokror Zakir Qaralov, onun müavinləri Rüstəm Usubov və Xanlar Vəliyev də cavab verəcəklər. Eyni zamnda da, bu işdə qanunsuz qərarlar vermiş hakimlər və onların tabe olduqları Ədliyyə Naziri də həmçinin. Əslində bu hadisə tam qiymətini almalıdır ki, Azərbaycanın hərb tarixinə və Məhkəmə Hüquq sisteminə edlmiş bu xəyanətlərə, gələcəkdə bir daha cəsarət edilməsin.

Millət 2022-02-10 16:41:10

bU hADİSƏLƏRİN BAŞ VERMƏSİ ÖLKƏNİN tƏHLÜKƏSİZLİK ORQANIARININ,HƏMİN ORQANLARIN RƏHNƏRLƏRİNİN ÖZ VƏZİFƏLƏRİNƏ SƏHLƏNKARLIĞLA YAMAŞMASININ AÇIQ TƏZAHÜRÜDÜR.BELƏ HALLARIN TƏKRARLANMAMASI ÜÇÜN MÖHTƏRƏM PREZİDEENTDƏN BU ŞƏXSLƏRƏ QARŞI CİDDİ TƏDBİRLƏR ALINMASINI GÖZLƏYİRİK.

Eli 2022-02-10 15:12:37

“Terter işi” her bir Azerbaycanlının ve onun qurduğu Müsteqil bir Dövletin Namus,qeyret,şeref ,leyaqet ve Milli Qürur meselesidir.Tesevğr edin facievi işgencelete meryz qoyulmuş bizim esger ve zabitlerimşzin böyük ekseriyyeti sonradan İkinci Qarabağ müharibesinde kişi kimi iltirak etmiş Dövlet mükafatlarına layiq görülmüş,Şehid ve Qazi olmuşlar.Bele bir oğullara malik bir Milleti ve Dövleti mehv etmek mümkğn deyil bu aksiomadır.Eger bu iş tam açılmasa bizim bir Millet ve Dövlet kimi var olmağımıza haqqımuz yoxdur.

Faiq 2022-02-10 13:54:36

Necmeddin sadiqovun oz bacisi oglunun onun tabeliyinde islemesine kim goz yumub? Sefer ebiyev yoxsa Administrasiyadaki o vaxtki mesul komekci? Xususi dovlet qullugu satusunda olan sexsin elaxsus strateji mudafie nazirliyinde bacioglunun ozude general vezifesinde necmeddinin tabeliyinde islemeyine kim goz yumub? Kim?!! hec bir klan uzvu edalet muhakimesinden kenarda qalmamalidir! Celal bey, kas sizin kimi cenab Prezidentin komekcileri olardi. Junalistika sahesinde siz duayensiniz! Xahis edirik arasdirmalarinizin ehate dairesini genislendiresiniz.

Tehsin 2022-02-10 13:36:13

,,,,,, qaralov ve rustem usubovun qohumu sheki xani ,,, elxan usubovu ve quldur destesini kim qoruyur? Bele cixir ki mehdiyevden sonra Sarayda GRU xefiyyeleri hele de qalmaqdadir?!

Eli 2022-02-10 12:43:29

30 ile yaxın bir müddetde bir nefer bir Şexs bir Orduya ,bir Millete,bir Dövlete qarşı iş aparıb.Yoxsa keçmiş müdafie naziri Sefer Ebiyev “Nazir işlediyiniz dövrde Siz hansı işleri görmüsünüz”sualına “Azerbaycan Ordusunu Necmeddin Sadıqovdan qorumuşam” cavabını vermezdi.Hele Ebiyevin ne qeder semimi olduğunu da istintaqın gedişi gösterecek.

Miri 2022-02-10 12:04:14

Hökumət belə hallara hüquqi qiymət vetilməsinə dair göstəriş verməli və ölkədə yüksək vəzifəli şəxslərin qanunsuz əməllərinə nəzarəti normal təşkil etməlidir.Geçikmiş olsa da üstü açılmalı olan hallardan bəhs edilir.Ölkə rəhbərliyi belə faktları diqqətə alaraq,tutduğu vəziflərdən asılı olmayaraq qanunla cavab vermələrin tələb və yəmin etməlidir.Belə ağır cinayətlərin ört=basdır edilməsi cəmiyyətdə İqtidara qarşı narazılığın yaranmasına səbəb olan ciddi hallardır.

Türk Turan 2022-02-10 10:59:35

MEHDİYEV, QARALOV, USUBOV, SADIKOV - “Tərtər işi”ni ört-basdır edənlər də məsuliyyətə cəlb olunmalıdırlar, həm də dərhal!

Samir 2022-02-10 10:40:59

KİV fəal mövqe ortaya qoymasaydı "Tərtər işi" batırılmışdı. Tam açılması və bu işdə əli olanların tam məsuliyyətə cəlb edilməsi də KİV- dən asılıdır.

t.ədalət 2022-02-10 09:39:06

Azərbaycanın müstəqilliyinə əks olan,Rusiya xüsusi xidmət orqanlarının köləsinə çevrilənlərə qarşı heç bir cəza tədbiri görülmür.Elə adamlar var ki,Rusiyanın agenti olduğunu gizlətmir.....

Son yazılar