Milli Məclisin deputatı Cavanşir Feyziyev barəsində cinayət işinin başlanılması üçün məhkəməyə müraciət edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində xüsusi ittiham qaydasında şikayət verilib.
Cavanşir Feyziyev barəsində Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (Böhtan) cinayət işinin başlanılması istənilir.
Fevralın 17-də Səbail Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bir neçə gün öncə media və sosial şəbəkələrdə London məhkəməsində deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinqin müsadirə edilməsi məsələsi müzakirə olunurdu. Bundan sonra millət vəkili feysbukda status yazaraq bu mövzunu müzakirəyə çıxaran jurnalistləri təhqir etmişdi. Adıçəkilən jurnalistlərin tənqidindən sonra C.Feyziyev statusunu silmiş, Mətbuat Şurasının İdarə Heyətindən istefa vermişdi.


Şərhlər
Bu deputat haqqında ictimai fikir formalaşıb artıq. Yəqin ki, yaxın günlərdə layiq olduğu yedə olacaq. Haqq nazilir, lakin üzülmür. Bu adam artıq qırmızı xıtti keçib. Nəyə və kimə arxayın olduğunu deyə bilmərəm. Ancaq onu deyirəm ki, Qanun alidir. Cəzalanacaq!
Bu yurnalistlerin arasında Mirşahşn be Rauf Arifoğlu da varsa demeli dünyanın axırıdır.Göresen bu Feyziyevi mehkemeye vertn bu yurnalistler niye bu günedek 2017- ci ilde töredilmiş “Terter işi “ adlı prosese niye bıgünkü kimi feslluq göstermediler.Halbuki hemin vaxt Terterde yüzlerle,minlerle bizim esger ve zabitlerimize facievi ilgenceler verilmiş,10 artıq zsbit ve esgerimiz qetle yetirilmiş,çıxlu sayda ise şikest edilmişler.Niye bu jurnslistler bir defe de oksun araşdırma aparmamış ,Vetendsş mıvqeyi ortaya qoymsmışlar.Qorxublar?
Bu necə ola bilər? Adam rəsmi MM-in deputatıdır və onun deputat toxunulmazlığı mövcuddur..Bunun üçün MM-ə təqdimat olunmalı,əvvəlcə toxunulmazlığa xitam verilərsə mühakimə edilə bilər....