"Ramiz Mehdiyev son açıqlaması ilə milli maraqları hədəf alıb. Təəssüflər olsun ki, belə bir tarixə malik olan Akademiyada bu gün milli inkişaf naminə elmi məsələlər deyil – pul mənimsəmək, qayda-qanun pozmaq kimi problemlər müzakirə olunur. Ən əsası, aparılan müzakirələr Azərbaycan dövlətçiliyinə, ictimai-siyasi mühitə, siyasi sistemə qarşı yönəlib. Daha dəqiq desək, AMEA-nın rəsmi saytında dərc olunmuş cavab xarakterli yazıda əksini tapan sözlər, fikirlər özündə təhlükəli məqamları ehtiva edir, Azərbaycanın milli maraqları hədəfə alınır”.
"AzPolitika.info" xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Ramiz Mehdiyevin AMEA-nın saytında dərc etdiyi məqaləsinə münasibət bildirərkən deyib.
Millət vəkili "azpost.info"-ya açıqlamasında Mehdiyevin Azərbaycan siyasi mühitinin iştirakçılarını “cib, yaxud avtobus müxalifəti” adlandırılmasını Azərbaycan siyasətinə, xalqın iradəsinə ciddi hörmətsizlik olduğunu bildirib: “Onu da nəzərə almaq lazımdır ki, yeni siyasi konfiqurasiya nümunəsi olan Milli Məclisdə təmsil olunan qüvvələr Vətən müharibəsi zamanı Ali Baş Komandanın qətiyyətli siyasətinə birmənalı dəstək ifadə etdilər, reallıqların dünya ictimaiyyətinə çatdırılmasında – informasiya təxribatlarının qarşısının alınmasında və erməni yalanlarının ifşasında mühüm rol oynadılar”
S.Novruzov qeyd edib ki, siyasi mühitə zərbə vurmaq məqsədilə hakimiyyətin, dövlətin siyasətini ictimai rəyə mənfi fonda təqdim etməyə cəhd göstərilir: “Məsələn, hakimiyyətin qollarından biri olan – ali qanunverici hakimiyyət funksiyasını yerinə yetirən Milli Məclisin legitimliyinin, fəaliyyətinin səmərəliliyinin şübhə altına alınması yolverilməzdir. Bəllidir ki, bəyanatda “özünü buraxmış parlament” adlandırılan Milli Məclisə 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar seçkilər Prezident İlham Əliyevin dərin islahatlar strategiyasının mühüm tərkib hissəsi – növbəti mərhələsi olub. O vaxt Milli Məclisə yeni – növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüşdü. Elə Ramiz Mehdiyevin də üzvü olduğu YAP Siyasi Şurasının iclasında partiyanın deputatlarının da iştirakı ilə bu məsələ müzakirə edilmiş və Milli Məclisə müraciət ünvanlanmışdı”.
S.Novruzovun sözlərinə görə, görünən odur ki, AMEA səlahiyyətlərini aşaraq – bütün sərhədləri keçərək ictimai-siyasi mühitə zərbə vurmağa, ictimai rəydə hakimiyyətin, dövlətin mənfi obrazını formalaşdırmağa çalışır: "Amma onlar unutmamalıdırlar ki, heç kim Azərbaycanı hədəf seçə, yaxud Prezidentin uğurlu siyasətinə, dövlətə, dövlətçiliyə qarşı çıxa bilməz".
"AzPolitika.info"


Şərhlər
Bunun nəvəsinin toyunda qarantin vaxtı əl açıb oynuyurdun ay siyavuş indi nooldu ....
Qoymayın Səyavuş dirildi,gorun çatlasın kefli İskəndər!
Durub durub Ramiz istefa verəndə ortaya atılıb. Bu da bir taktikadır. Ramiz buna deyib ki, onsuzda mən istefa verəcəm və sənin məni tənqidin nəyisə dəyişməz. Sən də bir iki agız əleyhimə oxu ki, içəridə adamımız olaraq qala bilmək şansın olsun.
Ə, veteran, sən demə?!
Siyavuş Novruzov həmişə sözün düzünü deyən olub
Ay Siyavuş sən deyildin karantin vaxtı onun nəvəsinin toyunda iştirak edən
Kor kora kor deməsə bağrı çatıar. Kül başına R.Mehdiyev! ....