Menu

RAMİZ MEHDİYEVİN KÖMƏKÇİSİ İŞLƏMİŞ BALDIZI OĞLU SAXLANILDI - AMEA-nı de-fakto idarə edirdi

15.02.2022, 00:10
RAMİZ MEHDİYEVİN KÖMƏKÇİSİ İŞLƏMİŞ BALDIZI OĞLU SAXLANILDI - AMEA-nı de-fakto idarə edirdi

AMEA Prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurban oğlu Əmirov saxlanılıb.

"AzPolitika.info" Unikal.org-a istinadla xəbər verir ki, E. Əmirov hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı tutulub. 

Qeyd edək ki, "AzPolitika.info"ya daxil olan məlumata görə, Eldar Əmirov Ramiz Mehdiyevin baldızının - arvadı Qalina Yuryevnanın bacısının oğludur.

O, R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar onun köməkçisi də işləyib.

Qeyd edək ki, AMEA-da baş verən bütün qanunsuzluqların başında da E. Əmirovun dayandığı bildirilir. (bax: AMEA-nı DE-FAKTO İDARƏ EDƏN ƏMİROV KİMDİR? - Onu Mehdiyevin "sağ əli" edən nədir?)

Şərhlər

Tarix müəlliminə 2022-02-16 11:15:35

2009-cu ildən alimlərə qan udduran Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadədir! Ramiz Mehdiyev AMEA-ya gələndən sonra ağsaqqalına arxalanaraq daha da qəddarlaşdı. Yazıq o institutda işləyənlərin halına...

Amon 2022-02-15 14:15:10

ILHAM ELIYEV DAXILI VE XARICI SIYASETIMIZI TURKIYEYE NE QEDER COX UYGUNLASDIRSA BIR O QEDERDE XALQ TEREFINDEN DESTEKLENECEK VE SEVILECEK

TT 2022-02-15 11:57:42

Statyasi nedi ?

Ziyali 2022-02-15 11:44:52

Bəs Ramiz Mehdiyevə sadiqliyi ilə seçilən Elnur Aslanov və anası Rəbiyyət Aslanovadan nə xəbər? Niyə dillənmirlər? Axı zamanında heç kimə danışmağa imkan vermirdilər?

TT 2022-02-15 01:05:33

niye saxlanilib ? statyasi nedi ?

Tarix müəllimi 2022-02-15 00:27:47

Bu gedə AMEA-da alimlərə qan uddururdu. Ona ən ağır cəza verilsə yaxşı olar

Azər 2022-02-15 00:06:56

O ģün olsun ki Hüquq və Insan Haqları Institutunun ditektorunu saxlasınlar.

Türk Turan 2022-02-14 23:42:56

Bəs ramiz, eldar, ziya, əli, elmar və s. nə vaxt saxlanacaq?

Veteran 2022-02-14 23:00:58

Son 50 ildə ad və soyadları dəyişdirilib azərbaycanlı olan erməni və yezidi kürdlər araşdırılsın.

Tam doğru 2022-02-14 22:42:40

Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol