Menu

Tokayev Moskvanın Qazaxıstana qarşı ərazi iddialarını şərh edib

18.02.2022, 17:53
Tokayev Moskvanın Qazaxıstana qarşı ərazi iddialarını şərh edib

Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev «Qazaxıstan» telekanalına müsahibəsində Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə fevralın 17-də şimal əraziləri mövzusunda apardığı danışıqlar barədə söz açıb. Bununla bağlı fevralın 18-də kazpravda.kz saytı xəbər verib.

Tokayev deyib ki, iki dövlət arasında mehriban qonşuluq və müttəfiqlik barədə müqavilə imzalanıb: “Rusiya - Allah tərəfindən bizə verilmiş qonşudur. Rusiya əsrlər boyudur yan-yana yaşayırıq. Bu, qazaxların taleyinə yazılıb və biz bunu dəyişə bilmərik. Əksinə, biz gərək siyasi, ticari-iqtisadi və mədəni əlaqələri möhkəmləndirməkdə davam edək. Bu, hər şeydən əvvəl Qazaxıstanın strateji maraqlarına cavab verir”.

Moskvanın Qazaxıstanın şimal vilayətlərini ələ keçirməyə cəhd etməsinə dair məlumatlarla bağlı jurnalistin sualına cavab olaraq Tokayev deyib ki, bu, ağıllı hərəkət deyil: “Bu, ağıllı hərəkət deyil və yersiz bəyanatdır. Əlbəttə, rəsmi hakimiyyət, Kreml belə mövqeyi dəstəkləmir. İki dövlətin rəhbərliyi arasında heç vaxt ərazi mübahisəsi olmayıb. Vladimir Putin məni şəxsən inandırıb ki, ərazi məsələsi heç vaxt qaldırılmayacaq. Ona görə də narahat olmağa səbəb yoxdur”.

O, əlavə edib ki, Qazaıstanın sərhədləri müəyyən olunub və qeydə alınıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol