Menu

Ərdoğanla Stoltenberq arasında telefon danışığı olub

18.02.2022, 20:36
Ərdoğanla Stoltenberq arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. "Report" xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Tərəflər NATO-Türkiyə münasibətləri və regional məsələləri müzakirə ediblər.

Ərdoğan Stoltenberqə Türkiyənin alyans daxilində müxtəlif platformalarda əvəzsiz mövqeyini daim vurğuladığı üçün təşəkkür edib.

Türkiyənin ilk gündən prinsipial və məsuliyyətli mövqe tutduğunu Ərdoğan Rusiya və Ukrayna kontekstində davam edən böhranın aradan qaldırılması istiqamərtində ölkəsinin diplomatik səylər göstərdiyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol