Menu

Rusiya XİN Türkmənçay müqaviləsinə dair səhvi aradan qaldırdı - FOTO

24.02.2022, 15:08
Rusiya XİN Türkmənçay müqaviləsinə dair səhvi aradan qaldırdı - FOTO

Rusiya Xarici İşlər Nazirliyi (XİN) sosial şəbəkə hesabında Türkmənçay müqaviləsinə dair səhvi aradan qaldırıb. Oxu.Az xəbər verir ki, Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində yanlış məlumata müvafiq düzəliş edilib, “Şərqi Ermənistan” sözü çıxarılıb.

Qeyd edək ki, fevralın 22-də Rusiya XİN-in rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumat paylaşılıb. Sözügedən müqavilədə “Şərqi Ermənistan” sözü qeyd edilib.

Azərbaycan XİN bununla bağlı açıqlama yayıb. Rusiyanı XİN-i bu təhrifi aradan qaldırmağa çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol