"Rusiyanı dünya iqtisadiyyatından təcrid edəcəyik". Bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.
Baş nazir "Aeroflot"a qarşı sanksiya tətbiq edəcəklərini qeyd edib.
Bildirib ki, Britaniya krallıq ərazisində Rusiyanın VTB bankına məxsus bütün aktivləri dondurur.
O, qeyd edib ki, Rusiya vətəndaşlarının Britaniya banklarındakı əmanətlərinin həcminə məhdudiyyətlər qoyulur.
Conson bəyan edib ki, Rusiyaya qarşı sanksiyalara ölkənin hasil etdiyi neft və qazdan imtina da daxildir. Onun sözlərinə görə, Böyük Britaniya Rusiyadan gələn şirkətlərə dollar və funt sterlinqlə ticarət etməyi qadağan edəcək.
Həmçinin, London Rusiyanın SWIFT ödəniş sistemindən ayrılmasını istisna etmir, lakin bu mövzu müttəfiqlər arasında birlik tələb edir.
Bununla yanaşı, hökumət başçısı Rusiyanın “Aeroflot” şirkətinə qarşı da sanksiyalar tətbiq edildiyini açıqlayıb. O, Hava Yolları şirkətinə məxsus aviareyslərin Britaniyaya uçuşunun qadağan edildiyini bəyan edib.
Bütün bunlardan əlavə, Britaniya Rusiyaya yüksəktexoloji məhsulların ixracına da qadağa qoyub. ( glavny.tv)


Şərhlər
Axırki Avropadan bir KİŞİ çıxdı.Eşq olsun.
SWFT den çıxara bilmirsiz - Baydenle jurnalistlər sual verdi o isə sualdan yayındı.. Çin ilə birlikdə Rusiyanın olub olmamasını sual etdilər ona da cavab verə bilməyəcəyini qeyd etdi..Bayden və Avropa Ukraynanı qurban verdi ... Ikiüzlü siyasət aparırsınız həmişə ..Yazıq deyildimi Ukrayna xalqına ..Niyə təhrik etdiniz Rusiya ilə müharibəyə , indi də təkbaşına qalıb , hamınız yalançı qorxaqsiniz ...
Sanksiyalar başınıza dəysin
Deyəsən axı, Kreml məqsədə yaxınlaşır? Bütün sanksiyaların məbləği bircə AESin dəyərindən bir az yüksəkdir. Sanksiya qoyulan maliyyələrin demək olar ki, RF iqtisadiyyatına elə bir təsiri yoxdur,