Menu

"SABAH BİZİ ÇOX ÇƏTİN GÜN GÖZLƏYİR" - Vitali Kliçko Kiyevdə partlayışlar baş verdiyini deyir

26.02.2022, 00:10
"SABAH BİZİ ÇOX ÇƏTİN GÜN GÖZLƏYİR" - Vitali Kliçko Kiyevdə partlayışlar baş verdiyini deyir

Kiyev şəhərinin meri Vitali Kliçko şəhərdə vəziyyətin gərgin olduğunu, Rusiya ordusunun Kiyevin lap yaxınlığına çatdığını bəyan edib.

"Son 5 dəqiqədə 5 böyük partlayış meydana gəldi. İndi Kiyev üçün vəziyyət, mübaliğəsiz deyirəm ki, təhdidedicidir. Sabah bizi çox çətin gün gözləyir. Çünki Rusiya qoşunları artıq paytaxtın düz yaxınlığındadır”.

Kliçko həmçinin bildirib ki, 15 dəqiqə sonra Kiyevə hava hücumu olacağı gözlənilir. O, əhalini sığınacaqlardan çıxmamağa çağırıb. 

"AzPolitika"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol