Menu

BELARUS ORDUSU UKRAYNAYA QARŞI DÖYÜŞMƏKDƏN İMTİNA EDİR - Baş Qərargah rəisi istefa verdi

06.03.2022, 17:05
BELARUS ORDUSU UKRAYNAYA QARŞI DÖYÜŞMƏKDƏN İMTİNA EDİR - Baş Qərargah rəisi istefa verdi

Fransa Prezidenti Emmanuel Makronun Belarus rəhbəri Aleksandr Lukaşenko ilə bir saatlıq telefon söhbəti nəticə verib. Xatırladaq ki, Makron ona Avropa Birliyinin "Savaşa qoşulsa Belarusa da Rusiya ilə eyni sanksiyaları tətbiq edəcəyik" xəbərdarlığını çatdırmışdı.

Bu gün Belarusun Müdafiə nazirinin müavini, Baş Qərargah rəisi, general-mayor Oleq Quleviç istefa verib. 

O, müdafiə nazirinə ünvanladığı istefa ərizəsində hərbi hissələrin şəxsi heyətinin hərbi əməliyyatlarda iştirakdan kütləvi şəkildə imtina etdiyini, bu səbəbdən hücum batalyonlarını formalaşdırmağın mümkünsüzlüyünü yazır. 

Nəticədə, Belarus Silahlı Qüvvələri Ukraynada savaşmaq üçün bircə batalyon və ya hərbi birləşmə yarada bilməyib. Baş Qərargah rəisi əminliklə deyir ki, hətta hərbi hissələrin rəhbərliyinin dəyişdirilməsi də müsbət nəticə verməyəcək.

“AzPolitika.info”

Şərhlər

Veteran 2022-03-07 23:26:46

Kişi adamdır.

B.Qarabağlı 2022-03-07 13:42:06

Vəzifəsini insanlığa qurban vermişgeneralı BMT TŞ, Aİ və BeləRusun Humanist(veteran) təşkilaatlarının Beynəlxalq Sülh mükafatına təqdim etməsi ədalətə dəyər olardı?

Elşən 2022-03-06 22:53:06

Lukaşenko elə bilir hamı onun kimi yaltaq ....i eşq olsun elə Oleq kimi insanlara

Usta 2022-03-06 22:22:15

Ehsen men Beluslara hemise hormetim olub. Bugun bir daha bildim ki, Belarus xalqi Putinin avanturasina getmiyecek,Zize oz ehtiramimi bildirirem,

Zahir 2022-03-06 21:30:46

Yaşasın fəzail ağam urrraaaa

qaraguruh 2022-03-06 16:15:05

İnsanlıq ölməyib ya--eşq olsun Oleq məllimə

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol