Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Brest vilayətində keçirilən danışıqlar başa çatıb.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
“Danışıqların üçüncü raundu başa çatıb. Humanitar dəhlizlərin maddi-texniki təminatının yaxşılaşdırılmasında kiçik müsbət irəliləyiş var”.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.
"Danışıqların üçüncü raundu başa çatıb. Humanitar dəhlizlərin maddi-texniki təminatının yaxşılaşdırılmasında bəzi müsbət irəliləyişlər var. Atəşkəs və təhlükəsizlik zəmanətləri ilə yanaşı, nizamlamanın əsas siyasi bloku üzrə intensiv məsləhətləşmələr davam etdirilib", - Podolyak qeyd edib.
Qeyd edək ki, danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib: ona Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir, heyətə xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov və Dumanın Beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski daxildir.
Ukrayna tərəfdən danışıqlarda Prezident Vladimir Zelenskinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak, Ali Radada hakim “Xalqın xidmətçisi” Partiyası fraksiyasının rəhbəri David Araxamiya, Ukraynanın müdafiə naziri Aleksey Reznikov və digər ukraynalı siyasətçilər iştirak edir.

***
Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Ukrayna nümayəndə heyəti iki helikopterlə Rusiya ilə danışıqların üçüncü raundu üçün Belovejskaya Puşçaya gəlib. Danışıqların üçüncü raundu başlayıb. (NTV)
Danışıqlar yerli vaxtla saat 17:50-də (Bakı vaxtı ilə saat 18:50) başlayıb.


Şərhlər