“Vladimir Putin heç vaxt Ukraynada qələbə qazanmayacaq”.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Ağ evdə Kolumbiya lideri İvan Duke ilə danışıqlardan əvvəl deyib.
“İnanıram ki, ABŞ və dünya ictimaiyyəti öz ölkəsini müdafiə edən Ukrayna xalqını dəstəkləməyə davam edəcək. ABŞ Ukraynaya bu günə kimi bir milyard dollar yardım ayırıb. Hazırda isə Ukraynaya yeni müdafiə avadanlıqları göndərilir”, - o bildirib.
“Və müdafiə təyinatlı yeni təchizat ora elə indi də göndərilməkdədir”, - ABŞ prezidenti deyib.
Bayden əlavə edib ki, Birləşmiş Ştatların tətbiq etdiyi iqtisadi sanksiyalar Rusiyanın iqtisadiyyatını dağıdır və rubl artıq öz dəyərini iki dəfəyə yaxın itirib.
Bayden habelə Kolumbiyaya ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusu təqdim ediləcəyini deyib.
“İndi mən bunu elan etməkdən şadam ki, Kolumbiya ABŞ-ın NATO-dan kənar əsas müttəfiqinə çevrilir”, - Bayden Dukla görüşündə deyib.

Şərhlər