Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumununda çıxış edərək, dünya üçün mühim açıqlamalar verib.
Türkiyə Prezidenti bildirib ki, Antalya Diplomatiya Forumu tədricən məqsədinə çatır: "Rusiya və Ukrayna arasındakı böhrandan sonra dünən hər iki tərəfdən xarici işlər nazirlərinin ilk görüşünün Antalyada baş tutması bunu təsdiqləyir."
Türkiyə Prezidenti hesab edir ki, beynəlxalq qurumlara inam zəifləyib: “Böhranlara etinasız yanaşmanın fəsadlarını birlikdə görməkdəyik. Ukrayna məsələsi göstərir ki, tarixdən dərs almaq lazımdır. Rusiya və Ukrayna həm qonşumuz, həm də dostumuzdur. Onların müharibə aparmasından çox narahatıq. Savaş ən çox bizi narahat edir”.
R.T.Ərdoğan söyləyib ki, Türkiyənin Krımla bağlı dəyişməzdir: “Krımla bağlı konkret mövqeyimizi 2014-cü ildən bu yana təkrarlayırıq. Həm Rusiya, Ukrayna ilə müzakirələrimizdə bu mövzunu daim gündəmdə saxlamışıq. Dünya, Qərb Krımın işğalına reaksiya versəydi, indi bu mənzərəni görərdikmi?! Amma Qərb Krımın işğalına göz yumdu. İndi isə onlar nələrsə danışırlar”.
Həmin çıxışın videosunu təqdim edirik:


Şərhlər
Tek krima yox, garabağa da lal qaldılar 30 il, indi isə əsl mənəviyyatlarını gösterirlər kənarda baxarag,bugun hələ evroparlament garabağda ermənilərin abidelerinin dağldılması haqqında gərar cıxarıblar, bunların mənəviyyatı o məscidlərdə otarılan o heyvanlarln mənəviyyatı gədərdir, rəzilliyə baxın, bütün garabağı vandallar vuran goyub, amma əksinə gırar çıxarılır, bunların üzü budur
Krımın işğalından sonra Rusiyaya ən böyuk dəstəyi elə Türkiyənin özü verdi. Indi Qərbi ittiham edirsiz.