Menu

“Ürəyimiz bir az ət istəmişdi” - Rus hərbçilər Ukraynada it əti yeyirlər

31.03.2022, 17:59
“Ürəyimiz bir az ət istəmişdi” - Rus hərbçilər Ukraynada it əti yeyirlər

1 aydan artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində təchizat baxımından böyük problemlərlə üzləşən rus hərbçilərin qida ehtiyatının tükəndiyi, bu səbəbdən də it əti yemək məcburiyyətində qaldıqları bildirilir.

“AzPolitika.info” xəbər verir ki, “The Telegraph” nəşrinin Ukrayna kəşfiyyatına istinadla yaydığı xəbər də ailəsi ilə danışan rus hərbçilərdən biri onlara verilən hazır yeməklərdən bezdikləri üçün itləri bişirib yediklərini bildirib: “Ötən gün axşam yeməyində çoban iti var idi. Ürəyimiz bir az ət istədiyi üçün onu bişirib yedik”.

Ukrayna rəsmiləri isə bildiriblər ki, itləri və pişikləri rus əsgərlərindən qorumaq üçün, münaqişə ocaqlarındakı ev heyvanlarının təxliyyə işləri sürətləndirilib.

“AzPolitika.info”

Şərhlər

Veteran 2022-04-01 12:16:58

"rəşadətli"rus ordusu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol