Menu

"Bunlar, həqiqətən, insanlığa sığmayan hərəkətdir!" - Ankaradan Buçadakı qətliama reaksiya

07.04.2022, 14:34
"Bunlar, həqiqətən, insanlığa sığmayan hərəkətdir!" - Ankaradan Buçadakı qətliama reaksiya

“Rusiyanın mülki şəxsləri hədəf alması sülh danışıqlarına mane olur”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Finansial Taym” nəşrinə müsahibəsində deyib.

“Buça və digər yerlərdən yayılan kadrlar müzakirələrin əvvəlki kimi davam etməsini, əlbəttə, çətinləşdirir. Hər birimiz kimi, ukraynalılar da məyus olublar... Bunlar, həqiqətən, insanlığa sığmayan hərəkətdir. Bu hərəkətləri kim törədibsə, mütləq cavab verməlidir” , - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol