Menu

“Ərdoğan Nobel mükafatına layiqdir” - Mövlud Çavuşoğlu

08.04.2022, 13:07
“Ərdoğan Nobel mükafatına layiqdir” - Mövlud Çavuşoğlu

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi Qərar və İdarə Heyətinin iclasında Türkiyə Prezidentinin Ukraynada müharibənin dayandırılması üçün göstərdiyi səylər müzakirə olunub.

APA-nınn Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə “Hürriyet” qəzeti yazıb.

Qeyd olunub ki, iclasda çıxış edən xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə başçısının Nobel Sülh mükafatına layiq olduğunu bildirib.

“Obama Nobel Sülh Mükafatına heç nə etmədən, sadəcə Fələstin məsələsində göstərdiyi səylərə görə layiq görülüb. Amma Cənab Prezident qat-qat artıq işlər görüb. Ona görə də o, Nobelə layiqdir”,- deyə o bildirib.

Şərhlər

Türk Turan 2022-04-08 17:16:58

Rəcəb Tayyib Ərdoğan Nobel mükafatından da artıq mükafata layiqdir. Sən çox yaşa, Ərdoğan!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol