MƏNSİMOVUN “ƏLİKRAMÇILAR”LA KƏSİŞƏN YOLU – Mirzəlini maliyyələşdirənlərin Mənsimovun masasında nə işi var? (FOTOLAR)

Avropada fəaliyyət göstərən azərbaycanlı siyasi fəalların tərkibi bircins deyil. Onların arasında səmimi olaraq Azərbaycanın daha demokratik, insan haqlarının və siyasi azadlıqların qorunduğu, korrupsiyanın, özbaşınalıqların olmadığı daha güclü, demokratik bir ölkəyə çevrilməsində maraqlı olanlar kimi, Azərbaycana düşmən mövqedə duran beynəlxalq mərkəzlərə, güclərə, ayrı-ayrı dövlətlərə, hətta Ermənistana belə xidmət edənlər də var. Elə ən səviyyəsiz, tərbiyə və əxlaqdan uzaq “bloqerlər” və “siyasi fəallar” da məhz ikinci qrupa aid olanlardır... 

Artıq xeyli vaxtdır ki, bəzi “siyasi fəallar” Qarabağdakı erməni separatizminə haqq qazandıracaq qədər “dərinə” gedirlər, Azərbaycanın cənubunda separatizm yaymağa çalışan, lakin buna nail ola bilməyən vətən xaini Əlikram Hümbətovla əməkdaşlıq etməkdən belə çəkinmirlər.

Belələrinə dair bir fakt.

Fotoda gördüyünüz Seyran Rəfiyev Avropa İttifaqı parlamentində ermənilərin və ermənipərəst avropalı deputatların əhatəsində oturub. Ermənilərlə sıx əməkdaşlıqda olan bu şəxs eyni zamanda adı dilə gətirilməyə belə layiq olmayan, tərbiyəsi, əxlaqı çoxlarına məlum m. mirzəlini maliyyələşdirdiyini özü şəxsən etiraf edib (Aşağıdakı videoya bax.).


Sözügedən “bloqer”insə nəyə, nələrə, kimlərə xidmət etdiyi hər kəsə məlumdur. Bu adam İrəvanda oturub, erməni xüsusi xidmətlərinin diktəsilə işləyən, eyni zamanda Azərbaycanın cənubunda separatizm yaratmağa çalışan vətən xaini zabil məhərrəmovu öz efirinə çıxararaq, onunla “dərdləşən” biridir. S.Rəfiyev isə belə birisiylə eyni “kruq”dan olduğunu, hətta onu maliyyələşdirdiyini efirlərdə etiraf edir.

Həmçinin, S.Rəfiyevin bir çox ermənipərəst və erməni əsilli avropalı siyasətçilərlə, deputatlarla isti münasibətləri var. Onlardan biri də Çexiyadan Avropa Parlamentinə üzv olan ermənipərəst deputat və partiya sədri, Azərbaycanın beynəlxalq axtarışa verdiyi Yaromir Ştetinadır. S.Rəfiyevin onunla görüşünün fotoları var. Ştetina açıq ermənipərəst mövqeyini heç zaman gizlətməyib, həmişə Azərbaycanın əleyhinə fəaliyyət göstərib. O, Qarabağa səfər edərək, qondarma rejimin rəhbəri Bako Saakyanla görüşən deputatlardan biridir. Azərbaycan tərəfindən axtarışa da buna görə verilib.

Öz əməllərilə Əlikram Hümbətovun yaxın çevrəsinə aid olduğunu göstərən S.Rəfiyevin dostları arasında onunla eyni məzhəbə qulluq edən Rahim Sadıqbəyli adlı birisi də var.

Bütün bunları qeyd etməkdə məqsədimiz heç də bu fiqurları müzakirəyə çıxarmaq deyil, çünki bunlar xüsusi diqqətə layiq olacaq şəxslər deyillər. Ancaq onları birləşdirən bəzi başqa məqamlar, “masalar” də var. Bu məqamlardan biri separatçıların həndəvərində dolaşmaları, Azərbaycana düşmən olan dairələrə xidmət etmələridir. Digər məqam isə həm də tanınmış azərbaycanlı iş adamı, Türkiyədə yaşayan və fəaliyyət göstərən Mübariz Mənsimovun masasının ətrafına toplaşmalarıdır. Həmin bu S.Rəfiyevin M.Mənsimovun qohumu olduğu bildirilir. Təqdim etdiyimiz fotolardan da göründüyü kimi, ermənipərəst və erməni əsilli deputatlarla “cici-bacı” olan, məlum “bloqer”i maliyyələşdirən S.Rəfiyev və digərləri Mənsimovla da bir yerdədirlər.

Maraqlıdır, bu adamları Mənsimovla birləşdirən nədir? Doğrudanmı məşhur iş adamının bu şəxslərin hansı yuvanın quşu olmalarından xəbəri yoxdur? Axı, normalda özünü xeyriyyəçi, Azərbaycan təəssübkeşi kimi təqdim edən Mənsimov belə adamlarla nəinki yaxınlıq etməli, eyni masanın arxasında oturmalı, ümumiyyətlə belələrini öz həndəvərinə buraxmalı deyildi. İndi kim təminat verə bilər ki, sözügedən iş adamı həmin bu şəxsləri maliyyələşdirmir? Zatən, onların Mənsimovun böyür-başında fırlanmaqda məqsədləri ondan nəsə qoparmaq, maliyyə dəstəyi almaqdan başqa heç nə ola bilməz. Bəs, belə olan təqdirdə gəmilərinə Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin adını verən bir şəxs, necə olur ki, erməni separatizminə xidmət edənlər, onlarla əlbir olanlar, eləcə də Azərbaycanın cənubunda separatizmin yayılmasına çalışan uğursuz xainlərlə eyni çevrəyə aid şəxsləri özünə bu qədər yaxın buraxır, onlarla eyni masanı bölüşür, əməkdaşlıq edir və s.

Zatən Mənsimovla bağlı Azərbaycan cəmiyyətinin mövqeyi birmənalı deyil. Məsələn, sual var ki, nədən hakimiyyətlə münasibətləri yaxşı olanda Elçibəy və Rəsulzadə yadına düşməyən, əksinə, Eldar Mahmudov kimi qaniçənə yarınmaq üçün onun atasının adını əbədiləşdirməyə çalışan Mənsimov, münasibətləri korlanan kimi bu tarixi şəxsiyyətləri yada saldı və gəmilərə onların adını verdi? Bu, səmimi millətçilik və dövlətçilik anlayışlarışından irəli gəlirmi?

Yaxud, bir tərəfdən xeyriyyəçi və vətənpərvər kimi təqdim olunan Mənsimov, digər tərəfdən yuxarıda adlarını çəkdiyimiz şəxslərlə necə yaxın münasibətlərdə ola bilər? Hər halda, bu suallara yalnız iş adamının özü cavab verə bilər. Əgər verəcək bir cavabı varsa...

Rasim Əliyev

“AzPolitika.info”




635x100

Şərhlər

Vətəndaş 2022-04-18 13:27:36

MİRZƏLİ NORMAL AZƏRİ TÜRKÜ OLSA İDİ O SEPARATÇINI HANSI Kİ OTURUB ERMƏNİNİN QUCAĞINDA ÖZ KANALINA BURAXMAZDİR. MƏNDƏ ONUN AZƏRBAYCANLI OLMAĞINA ŞÜBHƏ YARANDI. QALDI MÜBARİZƏ MƏNCƏ O HEÇ VAXT ONLARI MALİYƏLƏŞDİRMƏZ

Yegane 2022-04-15 18:09:44

Mubariz Mensimovu ifsa eden bir fakt ermenistandan yayimlanan talisistan tvni maliye menbesi Mubariz olub....

lala metin 2022-04-15 14:43:46

Yazı tamamilə sifarişlidir.... adam qohumu ilə şəkil çəkdiribsə demək xaindir sizin məntiqlə ...

İnqlab Kərimov 2022-04-15 12:04:13

Seyran Rəfiyev Mübariz Mənsimovdan 150000 € puı alib.20000 Fijrət Huseynə verdi Time Tv acdilar özünə maşın aldı Əlikramın ogıuna huquq firması acdilar.Zabil Mədoja 5000€ verdi sora Mubarizə demişdiki 10000 verdim Zabilıəə bilindi Zabillə oldular düşman

Inqilab Kərimov 2022-04-15 11:59:38

2018 ildə qızımın nişanında Fransada Seyran Rəfiyev Məhəmməd Mirzəliyə Mubariz Mınsimovun adından 3000€ pul verdi.Sora pul üstə Məhəmmədlə Syranın arası dəydi puly Məjəmmədə Əlikramın huquqsunas olan oglu göndərirdi Mınsimovun adından

Talishi Sedo 2022-04-15 09:37:24

Mubariz Mansimov oz Talisimizdir Alikramda oz Talismizdir Seyran Boli Rahim bolida Talislarimizdir.Mubariz pul verir biz bunu danmirik sizi niye bu yandirir ki .... Alikram boli bu il Mubarizi ........

Telman 2022-04-15 05:02:49

Mesimov Mubariz bir veten xainidir

korrektor 2022-04-14 21:29:40

bu ittihamlara Mübariz Mənsimovun cavabını özləyirik!

Zakir 2022-04-14 19:36:35

Mehemmed Mirzeli kimiler uz qarasidir. Azerbaycanin adini batirdigini dusunur ama oz adini batirir lenet olsun ona. Elikram Humbetovun yaxin dostu goranboy bascisi Meherrem Quliyevin atasidir. Bu haqda internetde kifayet qeder melumat var. Meherrem Quliyevin bu gun basci olmasi teecub yaradir.

Amon 2022-04-14 17:43:15

Mubariz Mensimova qetiyyen guvenmek olmaz

pensioner 2022-04-14 16:58:03

Xahiş edirəm Mübarizin adına ləkə vurmayın!

t.ədalət 2022-04-14 16:17:48

Bütün bu təxribatçıları Moskva idarə edir.Putinin göstərişi ilə Sankt-Peterburqda bir talış cəmiyyəti yaradılıb.Rusiyanın maliyyə dəstəyi ilə və rus kəşfiyyatının tərtib etdiyi proqramla işləyir....

məmmədqulu 2022-04-14 15:48:21

Deyir it əl çəkdi, motal əl çəkmədi. Nə qədər çeynəmək olar!!!

Vüqar 2022-04-14 14:38:38

Sizin məqsədiniz ancağ Mübarizi ləkələməkdi. Bu birinci deyil 1 necə dəfə olub ki silsilə yazılar təqdim etmisiz. Kim ki pulun verir xalqa lazımsız adamlardı onları yaxşıca reklam eliyirsiz. Mən sizi ədalətli sayt kimi bilirdim son bir necə ayda fikir verirəm təkrar xəbərlər paylaşırsız . Nə isəəə

Mənsur 2022-04-14 13:10:02

Mübariz Mənsimov heç vaxt belələrin maliyələşdirməz o agilli adamdi

Son yazılar