Menu

"PUTİN YAXIN GÜNLƏRDƏ TOTAL MÜHARİBƏYƏ KEÇƏCƏK..." - "Səfərbərlik elan edəcək”

30.04.2022, 12:10
"PUTİN YAXIN GÜNLƏRDƏ TOTAL MÜHARİBƏYƏ KEÇƏCƏK..." - "Səfərbərlik elan edəcək”

Vladimir Putin yaxın günlərdə Ukraynada total müharibəyə keçərək, Rusiyada səfərbərlik elan edə bilər.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” nəşri məlumat yayıb. Məlumatı verən mənbənin fikrincə, müharibənin uzanması Rusiyanın daxilində gərginliklərin artmasına səbəb olub.

Qəzet yazır ki, bu vəziyyətdən narahat olan rus komandirlər Putindən hücumların artırılması üçün ölkədə səfərbərlik elan etməsini istəyəcək.

Britaniyanın müdafiə naziri Ben Uolles isə Putinin mayın 9-da keçiriləcək qələbə günü tədbirində səfərbərlik elan edəcəyini bildirib.

“AzPolitika.info”

Şərhlər

Politoloq 2022-04-30 23:54:54

Putin 21 esrin hitleridir! Putinin ve ailesinin aqibeti facieli olacaq!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol