“ZAMANA SIĞMAYAN LİDER” - Deputat Sadiq Qurbanovun kitabının təqdimat mərasimi keçirilib (FOTOLAR)

Mayın 4-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” adlı monoqrafiyasının təqdimatı olub.

Təqdimat mərasimində çıxış edən komitə sədri Sadiq Qurbanov monoqrafiyanın ərsəyə gəlməsi barədə məlumat verib. Dörd fəsildən ibarət monoqrafiyada Ulu Öndərin siyasətinin fəlsəfi mahiyyətinin, iqtisadi, siyasi, mədəni quruculuq və milli ideologiyanın formalaşması sahəsində göstərdiyi misilsiz xidmətlərinin, həmçinin Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu sosial-iqtisadi siyasətin, birinci xanım Mehriban Əliyevanın xoşməramlı missiyasının yer aldığını bildirib.

Sonra AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı İsa Həbibbəyli, Milli Məclisin deputatı Fatma Yıldırım Ulu Öndərin dövlət quruculuğundakı misilsiz xidmətlərindən söz açıblar, monoqrafiyanın Ümummilli Liderin zəngin irsinin öyrənilməsi istiqamətində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıblar.

Çıxışlardan sonra Milli Məclisin deputatı Sadiq Qurbanovun iştirakı ilə monoqrafiyanın imzalanması mərasimi olub.

635x100

Şərhlər

Seçici 2022-05-06 12:20:55

bu parlamentin sədri ya da baş nazir olacaq.

Son yazılar