RUS ƏSGƏRLƏRİ DİNC İNSANLARI BELƏ GÜLLƏLƏYİR - VİDEO

“CNN” video paylaşdı, Rusiya MN susur

“CNN” telekanalı rus əsgərlərinin növbəti vəhşiliyini və hərbi cinayətini əks etdirən video paylaşıb. “AzPolitika.info” xəbər verir ki, telekanal hadisənin mart ayında Kiyev yaxınlığında baş verdiyini bildirib. Qeyd olunur ki, 5 rus əsgəri bir avtosalona daxil olaraq, onu qarət etməyə başlayıblar. 

Bu zaman avtosalonun sahibi və Leonid Plyats adlı 68 yaşlı gözətçisi əllərini qaldıraraq, əsgərlərə yaxınlaşırlar. Videodan da göründüyü kimi, həmin şəxslər silahsız olublar. Daha sonra rus əsgərləri onların üstünü yoxlayırlar və arada hansısa qısa söhbət olur. Bundan sonra iki silahsız ukraynalı avtosalondan uzaqlaşmağa başlayırlar.

Bu zaman bir qədər geri çəkilən iki rus əsgəri yenidən avtosalonun girişinə qayıdaraq, hər iki şəxsi arxadan güllələyirlər. Avtosalonun sahibi dərhal dünyasını dəyişib. Bildirilir ki, sonradan rus əsgərləri avtosalonu qarət etməkdə davam ediblər. Həmin vaxt yaralı gözətçi sürünərək, özünü telefona çatdırıb və harasa zəng edib. Lakin ukraynalı könüllülər hadisə yerinə gələnə qədər rus talançıları oradan uzaqlaşıblar, gözətçi isə dünyasını dəyişib... 

Xəbərdə qeyd olunur ki, Ukrayna Prokurokurorluğu videogörüntülər əsasında rus əsgərlərinə qarşı hərbi cinayət maddəsilə iş qaldırıb. “CNN” isə videogörüntülərlə bağlı Rusiya Müdafiə Nazirliyinə rəsmi müraciət ünvanlayaraq, ondan bu vəhşiliyi şərh etməsini istəyib. Lakin Rusiya tərəfi susur.

“AzPolitika.info”   


635x100

Şərhlər

korrektor 2022-05-12 21:39:08

lənət olsun qatil ruslara və onları Ukraynanı işğal etməyə göndərən faşistə!

ilyas 2022-05-12 15:34:53

Göründüyü kimi ..... ruslar üzbəüz döyüşə bilmədikləri üçün, xain olduqları üçün, alçaq olduqları üçün, nəhayət əslində rus olduqları üçün ancaq arxadan atəş aça bilər.

Veteran 2022-05-12 15:09:59

.... köpəkləri sizi ...... Az qalıb.

t.ədalət 2022-05-12 13:03:49

Rusiya kimi vəhşi və xəyanətkar ölkə yoxdur.Onların kimliyini ən yaxşı biz azərbaycanlılar bilməlidir.Çar Rusiyası vaxtından Azərbaycana qənim kəsilmiş ruslar bizə çox faciələr yaşasdıblar.Azərbaycanda hakimiyyətə təmiz türklərin gəlməsini həmişə əngəlləyiblər.Heç vaxt milli ayrı-seçkilik olmayan Azərbaycanda intiriqaları ruslar yaradıb.Ruslar türklərə qan bağlılığı olan avarları da qırırdılar.Allah rusun yaxşısına da ləınət eləsin!Əlbəttə,yaxşısı yoxdur.

Son yazılar