PUTİN “STALİN TAKTİKASI”ndan İSTİFADƏ EDİR – Ukraynalılar niyə Sibirə göndərilir?

Son vaxtlar Rusiyanın yüz minlərlə insanı məcburi şəkildə müxtəlif bölgələrə deportasiya etdiyi iddia olunur. Müharibə zamanı əsir düşmüş ukraynalıların, rus hərbçilər tərəfindən Ukraynadakı "filtrasiya" düşərgələrinə aparıldığı bildirilir. Bu düşərgələrdəki ciddi sorğu-sualdan və amansız işgəncələrdən sonra isə onlar Rusiyanın Uzaq Şərqdəki bölgələrinə sürgün edilirlər.

“AzPolitika.info” bu mövzuda Britaniyanın “Daily Mail” nəşrində yayımlanan materialların bir qismini oxuculara təqdim edir: “Kremldəki mənbələrdən əlfə edilən sənədlərə əsasən, Putin işğaldan əvvəl “Stalin taktikası”ndan istifadə edib və ukraynalılar üçün məcburi deportasiya planı hazırlayıb. Bu plana əsasən, Putin 2 milyon ukraynalını zorla Rusiyaya deportasiya etməyi düşünür. Gizli sənədlərə əsasən, müharibə başlayandan bəri təxminən 1,2 milyon ukraynalı Rusiyaya aparılıb. Rusiyaya aparılan ukraynalıların əksəriyyəti Sibirin ucqar kəndlərinə və Yaponiya yaxınlığındakı adalara köçürülüb. Bu ərazilərə köçürülən ukraynalıların zorla müxtəlif işlərdə çalışdırıldıqları iddia olunur.

Kreml sənədlərinə görə, Rusiya müharibədən əvvəl ukraynalılar üçün 1300-dən çox köçürmə mərkəzi yaradıb.

Rusiya həmçinin Ukraynada qurduğu və “süzgəcdən keçirmə düşərgələri” kimi xarakterizə edilən qaçqın mərkəzlərində ukraynalıları zorla saxlamaqda ittiham olunur. Filtrasiya düşərgələrinə aparılan ukraynalılar çılpaq axtarışa məruz qalır, sorğu-sual edilir və şəxsi əşyaları zorla əllərindən alınır. Bu düşərgələrdə ailələrindən ayrı düşmüş minlərlə uşağın olduğu bildirilir.

Ukrayna rəsmiləri isə əsir götürülən bəzi ukraynalıların rus hərbçilər tərəfindən müharibdədə “qalxan” kimi istifadə edildiyini, onların dağıdılmış binalarda partlamamış bombaları tapmağa və Rusiyanın müharibə cinayətləri sübutlarını məhv etməyə məcbur edildiklərini bildirirlər.

Ukrayna prezidenti Volodimir Zelenski də Portuqaliya parlamentində çıxışı zamanı bildirib ki, ruslar işğal olunmuş ərazilərdən ən azı 500 min ukrayna vətəndaşını Rusiyaya qaçırıblar.

Pentaqonun sözçüsü Con Kirbi isə ABŞ-ın Ukraynada “məcburi deportasiya” düşərgələri aşkar etdiyini bildirib”.

E.Bəyməmmədli

“AzPolitika.info”

635x100

Şərhlər

ukraynalı! 2022-05-14 22:59:05

bu soyqırımdır!

t.ədalət 2022-05-14 22:51:51

Stalinin vəhşiliyinin səbəbi atası Edelxanın erməni olması idi.Putinin də əməlləri onun ermənilərlə qan bağının olmasını göstərir..

Vuqar Memmed.oglu 2022-05-14 17:08:52

Rus imperiyasinin ve sovinizminin tam birdefelik kokunun kesilmesi ucun bundan gozel serait birde ele dusmez! Ruslarin 50% mehv edilmeli yerde qalanlari noker kimi kecmis SSRI olkelerine qulluq etmelidiler,kecmis gunahlarini qismen yumaq ucun!

Son yazılar