Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, hazırda Azərbaycanda orta aylıq əməkhaqqı 476 dollara yaxındır. Azərbaycana qonşu və onun kimi keçmiş SSRİ respublikalarından Ermənistanla Gürcüstanın rəsmi qurumlarının məlumatına görə isə, onlarda orta aylıq əməkhaqqı daha yüksəkdir - Ermənistanda bu, təqribən 516, Gürcüstanda isə 488 dollardır.
Zəngin neft və qaz ölkəsi sayılan Azərbaycanda orta əməkhaqqı məbləği Cənubi Qafqazın digər iki respublikası ilə müqayisədə niyə aşağıdır?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "Turan"a bildirib ki, əməkhaqqı insanların həyat tərzinin bir göstəricisidir və o, yüksəkdirsə, insanların güzəranı yüksək olur: "Heç bir sorğu aparmadan, sadəcə vizual olaraq bizim istənilən bölgədə yaşayan insanların həyat tərzinə, evinə, geyiminə baxın, Ermənistanda yaşayan əhalininkinə baxın".
Üstəlik, deputat Ermənistanın əməkhaqqı ilə bağlı rəsmi rəqəmlərinə şübhə edir. Onun sözlərinə görə, Ermənistanın xarici borcu ümumi daxili məhsulun (ÜDM) 70 faizini keçib, valyuta ehtiyatı yoxdur, beynəlxalq layihələrdən kənardır: "Ermənistan absurd bir rəqəm verib. Belə bir dövlətin statistikanı götürüb öz əməkhaqqımızla müqayisə etmək düzgün deyil".
Komitə üzvü vurğulayıb ki, Azərbaycanda əmək haqlarının alıcılıq qabiliyyəti daha yüksəkdir: "Hərdən müqayisə aparırlar ki, Avropada insanlar 5 min avro maaş alır. Amma bunun min avrodan çoxu kommunal ödənişlərinə gedir. Belə götürəndə bizim alıcılıq qabiliyyətimiz daha yüksəkdir".
“AzPolitika.info”


Şərhlər
Ay "deputat" deyilən adam,heç səndə utanan sifət deyilən bir zad varmı? Deyəsən sən hamını özün kimi sayırsanBir geriyə keçmişinə qayıt bax ,gör sən kim olmusan?
"...hazırda Azərbaycanda orta aylıq əmək haqqı 476 dollara yaxındır" Yəni 476x169=804 manat 44 qəpik. Bunu kim alır? Ttibb işçismi, xidmətçimi, fəhləmi, elmi işçmii, laborantmı, mədəniyyət işçismii və s.? Utanmazlar!!!
Əvvəla əmək haqlarının təyinatında ciddi qüsurlar var.Məsələn,elə deputatların özləri.Ayda bir neçə gün iclaslarda olur,qalan günləri öz bizneslərini yürüdür.Onların əmək haqları 5-7 min manat!,Onun kimi jüquq mühafizə,ədliyyə və digər qurumların maaşları yüksək, üstəgəl rüşvət!Bunların məsrəf imkanlarını adi vətəndaşlarla müqayisə edilməz dərəcədə mümkünsüzdür. Bu qeyri bərabərlik pensiya təminatında da tətbiq edilib.Bürün bunlar qanunsuz və qeyri hummanitardır.Ona görə deputatın bu çıxışı həqiqətə uyğun deyil.İnsanlar Azərbaycanda yaşam mücadiləsi verdiyini nəzərə almaq vacibdir.
bu yalanlarln içində boğulacaqsınız--cc ALLAH imkan verməz ki dilinizə düz söz gəlsin-bu sözlər xoşunuza gəlməsədə bu belədir
Bizim deyir də kişi, əhalimizin demir ki!
Mən deyirəm yox,elə deyil. Kim yalan deyirsə Allah ona lənət eləsin. Bşa düşmürəm, camaatı nə yerinə qoyursunuz.
çox güman ki, çaşmısan sən!