DÖVLƏT FİLARMONİYASINI GECƏ KLUBUNA ÇEVİRİBLƏR? - VİDEO (Yenilənib)

“M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində “UFFO” restoranının rəhbərliyi ilə cari ilin iyun ayından rəsmi müqavilə bağlanması üçün hazırlıq işlərinə başlanılıb. Lakin restoran rəsmi şərtlərə əməl etmədən özbaşına fəaliyyətə başlayıb və bu cür xoşagəlməz görüntülər meydana çıxıb”.

Bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Mədəniyyət Nazirliyi sözügedən hadisədən təəssüfləndiyini bildirir və məsələnin həlli məqsədilə filarmoniya rəhbərliyinə aidiyyəti tapşırıqlar verib.

Bu məsələdə məsuliyyətsizlik göstərmiş şəxslər və müqavilə şərtlərinə əməl etmədən fəaliyyətə başlayan restoran rəhbərliyi barəsində tədbir görüləcək”, - qeyd olunub.

***

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası gecə klubuna çevrilib. Bu barədə Demokrat.az məlumat yayıb.

Saytın əldə etdiyi görüntülərdə Azərbaycanın mədəniyyət ocaqlarından birində gənclərin təşkil etdiyi əyləncə dolu gün əks olunub.

Həmin görüntüləri təqdim edirik:

635x100

Şərhlər

Murad 2022-05-19 23:38:51

Dövlətin filarmobiyasını gecə klubuna çevirirlərsə bəs dövlətin DİN-ı haradadır və işləri nədir?Nazirlik buna necə imkan verib?

Vətəndaş 2022-05-19 20:12:03

Filarmoniya Mədəniyyət Nazirliyinin balansında olduğundan orada hərbir hal onlar tərəfindən nəzarətdə olmalıdır və bu onların vəzifə borcudur.Filarmoniyada bir sıra mədənittət sahəsinə aid dərnəklər,qurvmlar t'əşil edilm'ək əvəzinə restorana ,gecə klubuna çevrilməsi. bölünərək hissə-hissə icarəyə verilməsi yol verilməzdir.Filarmoniya Azərbaycan mailli musiqisinin təbliğ edilməsi, məqsədinə xidmət etməli və buna Mədəniyyət Nazirliyi ciddi nəzarət və rəhbərlik etməlidir.Milləti kökündn ayırmaq ən qatı cinatyətdir.Odur ki, bütün təyinatına uyğun olmayan fəaliyyətlər Filarmoniyadan.onun ərazisindən təcili təmizlənməlidir.

Teymur 2022-05-19 07:07:34

Aysel Teymurzadenin eridi de buranin yiyesi. Odu rusvayciligi getiren

TT 2022-05-19 06:43:07

Here ôz dolyasin alir )))

korrektor 2022-05-18 21:40:02

dəhşətdir

afiq 2022-05-18 20:36:43

bu hələ təzə aşkar olandı,cox yerdə belə biabırçılıqlar var,çünki hərəözünü bir xan hesab edir

Мамед 2022-05-18 15:49:22

Belə ...........ları hansı .........lər doğur görəsən

Səlcuk imperiyası. 2022-05-18 11:31:27

1988 ci ildən bəri.

Elmira 2022-05-18 10:51:33

Bəs DİN hara baxır??!! Bu ki əməlli-başlı Azərbaycana qarşı təxribatdır!

Son yazılar