PREZİDENT ƏLİYEVDƏN İRƏVANI İFŞA EDƏN AÇIQLAMA - "Razılaşdırılmış görüşü ləğv etdi..."

Dövlət başçısı: "Ermənistan hökumətinin çox qəribə addımları yaranan müəyyən etimadı pozur"

"Ermənistan hökumətinin çox qəribə addımları yaranan müəyyən etimadı pozur". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında bildirib.

Prezident qeyd edib: "Biz Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdik. Çünki təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədimiz, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır. Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmışdır ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar".

İlham Əliyev daha sonra deyib: "Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur.

Azərbaycan hər zaman öhdəliklərə sadiq olub. Aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə söz vermişdiksə, biz buna sadiq idik. Lakin, biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur".

635x100

Şərhlər

Eli 2022-05-18 21:14:05

Milletin kökü xarabdır ona göre sözünü tuta bilmir.Fahişe bir toplumdür.”Qucaq” milletidir vessalam ister baş nazir,ister Prezident isterse fehle olsun ferq etmez.

Amon 2022-05-18 21:05:24

Ne qeder rusiya var qarabag problemide var olacaq ruslar qarabag meselesinde yalan danismaqdan yorulmayacaq hec vaxt.bir defe cixib kisi kimi demirler ki beli biz qoymuruq sulh olsun.xalqimiza ve cenab prezidente allah sebr versin

t.ədalət 2022-05-18 20:47:38

Burda irəvanlıq bir şey yoxdur.Burda Putinin qurduğu xəyanət oyunu var.

Son yazılar