Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi

ARB telekanalında yayımlanan “Səni axtarıram” proqramının aparıcısı Xoşqədəm Hidayətqızı və verliş iştirakçılarından biri - Bərdə rayon Piyadalar kənd sakini Sadıqova Gözəl Aslan qızı barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edilib.

Şikayətçi Arif Muradovun vəkili Bəhruz Bayramov “AzPolitika.info”ya açıqlamasında bildirib ki, buna səbəb teleaparıcı və Bərdə sakininin 11, 16, 17-si may 2022-ci il tarixlərində yayımlanan verlişlərdə müvəkkilini, onun ailə üzvlərini qətl törətməkdə ittiham etmələridir.

“İnsanların şəxsi toxunulmazlıq hüququ pozulur, istintaq sirri yayılır. Ona görə də A.Muradov Cinayət Məcəlləsinin 147-ci maddəsinin 2-ci (böhtan) bəndi ilə Nərimanov rayon Məhkəməsinə şikayət edib” –deyə, vəkli bildirib.

Qeyd edək ki, sözügedən cinayət hadisəsi 2016-cı ilin mayında Bərdə rayonunun Piyadalar kənində baş verib. Kənd sakini, telefon təmiri, fotoqraflıqla məşğul olan Bayramov Tahir Salman oğlu avtomobilində qətlə yetirildikdən sonra yandırılıb. Hazırda cinayətin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən davam etdirilir.

Arif Muradov şikayət ərizəsində bildirib ki, mərhum telefonlarını təmir etdiyi qadınların fotolarını öz şəxsi telefonuna köçürərək saxlayıb: “Onların arasında mənim ailə üzvlərimə məxsus şəkillər də olub. İstintaq zamanı ailə üzvlərimiz, habelə telefonda fotoları olan başqa qadınlar şahid qismində dindiriliblər. Kənd sakinləri mənim ailəminin əxlaqına bələtdirlər...”

A.Muradovun sözlərinə görə, “Səni axtarıram” verilişinin yuxarıda qeyd edilən tarixlərdə yayımlanan hissəsində mərhumun anası Sadıqova Gözəl Aslan qızı və teleaparıcı onu açıq formada qətlin təşkilatçısı və icraçısı kimi ittiham ediblər.

Vəkil Bəhruz Bayramov bildirib ki, şikayət ərizəsi bu gün Nərimanov rayon Məhkəməsinə təqdim edilib.

“AzPolitika.info”

635x100

Şərhlər

прjcnfr 2022-05-20 11:00:37

она сестра Скабаевой

Kənan 2022-05-20 09:12:23

Televiziyanı Xoşqədəmlərdən.Zaurlardan,Elgizlərdən təmizləmək acibdir.Onların verilişləri insanların psixolojisinə mənfi təsir edir,mənasız və xoşagəlməz hallar cəmiyyətə təlqin edilir.Tibb reklamları ilə havayı pul qazanırlar .Nəzərə alınsa ki, televiziya məkanı açıq məkandır,ölkədə baş verə bilən təsadüfi xoşagəlməz hadisələri televiziya vasitəsilə dünyaya geniş yaymaq ölkə imicinə ciddi zərbədir bu zaman belə boş,maraqsız .günlərlə.saatlarla davam edən verilişlərin millətə əks təsiri mütləq nəzərə alınaraq bu verilişlərə son qoyulmalıdır.Millətin mentalitetinə belə verilişlər ağır zərbədir.

oxucu 2022-05-19 22:34:11

2013-2014-cü illərdə xoşqədəmin, abort, boşanmalar və məişət zorakılığı üzrə eksperti olmuş akademik Arif Haşımov öz münasibətini bildirməlidir.

t.ədalət 2022-05-19 20:04:07

Xoşqədəm Hidayətqızı bir az problemli adamdır."Üç nöqtə" qəzetinin redaktoru kimi Abdulla Öcalan həbs edilən vaxtlarda tez-tez aponun yanına gedir,yazı yazmaq adı ilə ,sanki hansısa kürd təşkilatına xidmət edirdi.Düzdür,bu qadın kürddür.Ancaq onun tez-tez aponun yanına getməsi maraqlı idi.Sonradan milliyyətcə kürd olan Doğuşa ərə getdi.

Son yazılar