Menu

NATO yüksək döyüş hazırlığı vəziyyətində olan qüvvələrin sayını 42 minə çatdırıb

20.05.2022, 09:19
NATO yüksək döyüş hazırlığı vəziyyətində olan qüvvələrin sayını 42 minə çatdırıb

NATO yüksək döyüş hazırlığı vəziyyətində olan qüvvələrin sayını artırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin ali komandanı, amerikalı general Tod Uolters Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

“Avropada ali baş komandan kimi mənim rəhbərliyimlə hazırda yüksək döyüş hazırlığı vəziyyətində olan 42 mindən çox şəxsi heyətimiz və 120 təyyarəmiz var. 20-dən çox gəmi də hazır vəziyyətdədir”, - Uolters deyib.

Uolters bildirib ki, NATO Baltik və Qara dəniz də daxil olmaqla hərtərəfli çəkindirmə konsepsiyasını tətbiq etmək niyyətindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol