Bakının Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı yaxınlığında gecə klubu açılıb. Sakinlər gecə klubunun açılmasına etiraz ediblər. Ərazidə sakinlərlə klub rəhbərliyi arasında anlaşılmazlıq yaranıb, işə polis qarışıb.
DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, məsələyə hüquqi qiymət veriləcək.
Məsələ ilə bağlı "ARB TV"yə açıqlama verən yerli sakinlər bildirib ki, gecə klubunun belə bir yerdə faəliyət göstərməsi həm şəhidlərin ruhuna, həm də ətrafda yaşayan şəxslərə qarşı hörmətsizlik idi. Gecə klubunun əməkdaşlarından biri isə deyib ki, obyekti bağlayıb şəhərin başqa yerinə köçəcəklər.

Şərhlər
Gecə' klubları bir növ fahişəxanaları xatırlatdığından,gənclərin pozulmasına yol açdığından Azərbaycanda onların fəaliyyəti qapanmalıdır.Gənclik gündüzlər əməli əmək fəaliyyətinə.gecələr isə növbəti gün normal çalışmaq üçün mədəni istirahət etməli,normal yuxu yatmalıdırlar.Belə klublar yalnız tüfeyli gənclər topıumuna xidmət edir.Ona görə bların fəaliyyətinə qadağa qoyulmalıdır.AZərbaycan mədəniyyəti və mentaliteti qorunmalıdır.'