SABİQ İCRA BAŞÇISININ TALADIĞI VƏSAİTİN MƏBLƏĞİ AÇIQLANDI - Bu əmlaklarına həbs qoyuldu + ŞOK SİYAHI

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı məlum olub.

Təqsirləndirilən şəxsə məxsus 5 344 000 manat dəyərində daşınmaz əmlak və daşınan əmlakın üzərinə həbs qoyulub.

V.Hacıyevə məxsus əmlaklar onun həyat yoldaşı və oğlunun adına rəsmiləşdirilib.

V.Hacıyevin üzərinə həbs qoyulmuş əmlakların tam siyahısı:

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən fərdi ev (orta bazar dəyəri - 1 852 000 manat);

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil (orta bazar dəyəri - 275 000 manat);

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhərində yerləşən mənzil (orta bazar dəyəri 67 000 manat);

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 86 000 manat);

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 74 000 manat);- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 65 000 manat);

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən ev (orta bazar dəyəri 2 626 000 manat);

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş "BMW X5" markalı, "90-CM-200" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 22 000 manat);

- Hacıyev Məhəmməd Vilyam oğlunun adına rəsmiləşdirilmiş "Land Rover" markalı, "90-KH-900" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 126 000 manat);

- İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "BMW 740-İ" markalı, "10-AZ-369" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 33 000 manat);

- İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "Bentley Continental GT" markalı, "10-PR-777" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 118 000 manat).

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Hazırda onun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

***

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin mənzili və xidməti otağından götürülmüş pulların məbləği məlum olub. "Report"un əldə etdiyi məlumata görə, bu barədə rəqəmlər ittiham aktında yer alıb.

İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxs V.Hacıyevə məxsus mənzilə və xidməti otağına baxış zamanı aşkar olunaraq götürülən 23.06.2021-ci il tarixinə olan Mərkəzi Bankın məzənnəsinə əsasən, 6 298 834 manat ekvivalentində 2 504 057 ABŞ dolları və 1 006 470 avro, 365 ingilis funt sterlinq, 60 İsveçrə frankı, 455 türk lirəsi, 1 970 BƏƏ dirhəmi, 19 350 Rusiya rublu şəklində xarici valyutalar və 55 550 manat olmaqla cəmi 6 354 384 manat məbləğində nəğd pul vəsaiti dövlət bankına ətəhvil verilməsi məqsədilə istintaq orqanına təqdim olunub.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Hazırda onun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

635x100

Şərhlər

dadaşyev 2022-05-25 14:52:59

Ola bilsin fikilrləşib ki,varlı xalqın nökəri də varlı olmalıdı,ona görə qabağına nə keçibsə çalıb çapıb.Papuasların,Trinidad-Tobaqoluların-zadın nökəri deyil ki kasıb olsun.Əlhəmdülillah,hər kəsin sərvəti aşıb daşır bizdə neft-qaza görə,nolar ki bir tikə qırağınnan-bucağınnan bu da yeyəndə.Ye a kişi,ye. O birilərə de onlar da yesin ki, məmur deyilən varlıqların alınlarından burunlarına qədər hissələri cavan olsa da burunla çənə arası hissələri qocalmış olsun gecə-gündüz dayanmadan şappaşap yeməkdən.

asim 2022-05-25 12:00:20

bu obirilerin icinde dilencisidir)))fikir ver nece inandiq eeeeeee.10ü dollar deyismek isdesen yeddi nesilin sened sunedini isteyirler.bunlardan istenmeli sened adi camahatdan istenir))bunlari saxlayin sorusunki hardan olub bizden yox))

dadaşyev 2022-05-24 22:25:56

Aaaa!Bu qədər vəsaiti necə xəlvət talaya bilib görəsən?O vəsait gecə yerə tökülübmüş ki,bu da xəlvət yığıb qaça-qaça mal-mülk alıbmış?O mülklərin alqı-satqısı notariusda baş verməyib ki?Sonra da daşınmaz əmlakda kupça almayıb ki?Ümumiyyətlə, bu tip talançıların nələr talamış olduqları niyə həmişə dolaşandan sonra açıqlanır?Sanki milyonlarla kasıb-kusub qəpik-quruş yığa-yığa alıb verib buna bu sərvəti, dolaşandan sonra sərvət bildirilməklə sanki kasıb-kusub qınanmaq istənir ki,baxın bu da yazığınız gəlib boğazınızdan kəsib yedirdiyiniz adam,görürsünüzmü nələri var?

RR 2022-05-24 21:16:20

Tek budu beyem ? bes obri akulalar ?

Ramo 2022-05-24 19:49:09

Adı səhv düşüb, Vilyam əvəzinə adını Romeo qoymalı idilər. Bunun düşər-düşməzi olur, necə ki oldu.

Vətəndaş 2022-05-24 18:05:38

Yardımlı və sonradan Ağsu rayonu İcra hakimiyyətinin başçısı Rövşən müəllim tam şəffaf şəkildə işləyir.

Vətəndaş 2022-05-24 17:25:29

Belə " qəşəng günlər " Şəkiyə nə vaxt qismət olacaq...?

RAHİM 2022-05-24 16:56:23

Yazılır SİZ LƏĞV edirsiniz.

RAHİM 2022-05-24 16:54:34

Azərbaycanda XALQIN SƏRVƏTİNİ TALAMAYAN MƏMUR VARMI? HARINLAMIŞ MƏMURLAR BƏYƏ. GÖRƏ VƏZİFƏDƏN ÇIXARILIB QOCALAR KOMİTƏSİNDƏ MÜŞAVİR TƏYİN OLUNURLAR?

kƏRİM 2022-05-24 12:57:25

Belə ağılsız adamlar necə İcra başçısı qoyulur? Ağıllı adam da o qədər pulu nağd şəkildə saxlayar?

Son yazılar