ADI ƏSGƏRLİKDƏ, ÖZÜ "AVTOŞLUQ"DA... - Atası vəzifəli şəxs imiş + VİDEO (Yenilənib)

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə hərbi xidmət yerini tərk edərək Bakıda avtoşluq edən əsgərin görüntüləri yayılıb.

Avtoşluq edən Əziz Məlikov vəzifəli şəxsin oğludur. Belə ki, onun atası Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. 

Məlumata görə, Ə.Məlikovun adı əsgərlikdə getsə də özü Bakıda avtoşluq edərək görüntülərini sosial şəbəkələrdə paylaşırmış.

Soltanpaşa Məlikovun, həm də bizneslə məşğul olduğu bildirilir.

Xatırladaq ki, DYP-nin yaydığı məlumatda qeyd olunur ki, Nəsimi rayonu Cavadxan küçəsində 99-BC-181 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb.

***

Müdafiə Nazirliyi avtoxuliqanlıq hərəkətləri edən əsgərlə bağlı məlumatlara aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, "N" nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də digər qanunsuz hərəkətlərə yol verib.

"Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq araşdırılması məqsədilə cari ilin mart ayında xidmət etdiyi qarnizon Hərbi Prokurorluğuna göndərilib.

Aprelin 11-də onun barəsində cinayət işi qaldırılaraq haqqında Azərbaycanın qanunları çərçivəsində zəruri tədbirlərin görülməsi üçün sənədləri Respublika Hərbi Prokurorluğuna təqdim edilib".

Qeyd edək ki, Ə.Məlikov törətdiyi avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdəki özünə məxsus hesablarında paylaşıb.

635x100

Şərhlər

dadaşyev 2022-05-24 22:05:11

Belə yastı-yapalaq, əyri-üyrü, eniynən uzunu bərabər olan gədə-güdələr perestroykadan sonrakı yeni Bakının “ver yeyim, ört yatım, kürt yatım, gözlə canım çıxmasın” qaydasıyla peyda olan yetirmələridir.Qabaqlar bu cür armudvari, Aldar Kose sifət, qarnı da Moşu Göyəzənlinin arvadının qarnı kimi sallaq gədələr Bakıda mod deyildi.Bakı oğlanları əsasən nazik,uzun olardı.”Qa” deyəndə ət, “qu” deyəndə su verə-verə ennədərək bu hala salırlar da yetim malı yeyən dədələr uşaqlarını, nağayraq.

Osman 2022-05-24 20:17:40

Belə gənclərimiz hətta tülsək vəzifələrə təyin olunurlar.bir araşdıran olsa tüksək vəzifəyə təyin ediln gənclərin 90 faizi həqiqi hərbi xidmətdən yayınıb,fiktiv hərbi vəsiqə əldə edib və heç bir müharibədə iştirak etməyiblər.Bunlarda vətənpərvərlik hissi.vtən eqi,namuslu əmək nağıl kini anlaşılır.Hakimiyyət isə nədənsə və hansı səbəbdənsə bu ciddi məsələyə etinasızlıq göstərrək beləərini yüksək vəzifələrə təyin edir.Ona görə də hər şey çaş-baş alınır.Bu məsələyə ciddi yanaşılçalıdır.

Veteran 2022-05-24 17:52:45

qudurğanların vaxtına az qalıb....

Seyid Ənhu 2022-05-24 12:07:28

Ara sakitləşəədən sonra həmin bu xuliqanın üzündən öpüb, başını sığallayıb, özündən və onu bu cür tərbiyə etmiş valideynindən üzr istəyib buraxacaqlar. Bunlar daxili auditoriyanı aldatmaq üçündür. Mllət illər uzunudur belə oyunlara şahidlik edir Ondansa nə tutmayın, nə də buraxmayın.

Son yazılar