NƏCMƏDDİN SADIKOVUN "SAĞ ƏLİ" HƏBS OLUNDU - Sərvətinin ŞOK SİYAHISI yayıldı + FOTO

"Keçmiş Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun “sağ əli” hesab edilən, adı "Tərtər hadisələri"ndə hallanan, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti, əslində isə MN-nin baş makleri (bütün təyinatlara görə pul alış-verişinə baxan biri) “Şlyapa Zahid” ləqəbli Zahid Niftəliyev məhkəmə salonunda həbs edilib. Ötən gün onun barəsində "mənimsəmə və dəluduzluq" və daha 4 maddənin ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib".

Bu barədə bloger Həbib Müntəzir məlumat paylaşıb.

Məlumatda qeyd olunub ki, orduda yüzlərlə zabit ev növbəsində gözləyərkən, “Şlyapa” ləqəbli Zahid Niftəliyevin iki kürəkəni az xidmət etmələrinə baxmayaraq, Nəcməddin Sadıkov sayəsində qısa zamanda evlə təmin olunublar:

"Məhz onun dəstəyi hesabına dayısı oğlunun komandir olduğu 1-ci korpusa bacısı oğlu da gizir təyin olunub. Oğlu Həzrət Niftəlizadə şəhər qeydiyyatında olduğu halda, Zığ qəsəbəsində yerləşən Hərbi Dəniz Qüvvələrində xidmət edib".

Nəcməddin Saqıqovun yaratdığı Koordinasiya (Yoxlama) Şurasının da əməkdaşı olan Zahid Niftəliyevin şübhəli yollarla böyük sərvətə sahib olduğu deyilir:

1. Qəbələ rayonunun Vandam kəndinin girəcəyində hərbi hissəsinin materialları hesabına özünə çox böyük həyəti olan evi tiktirib,

2. Yasamal rayonu, Şərifzadə küç. 16 ünvanında generalların binasında evi, böyük sahəyə malik olan qarajı var,

3. Yasamalda, "Su Doldurma Məntəqəsi"nin yaxnlığında yeni tikilən binada 4 otaqlı mənzili,

4. Fəlhə Prospektində, Həzi Aslanov metrosunun yaxınlığında keçmiş 227 nömrəli hərbi hissənin ən yaxşı yerində 10 sot torpaq sahəsi,

5. Siyəzəndə (doğulduğu yerdə) böyük villası,

6. Yasamalda Ə. Əhmədov küç, ev 31A ünvanında mənzil,

7. Orduya kömək məqsədilə "Atabank"dan Zahidin adına 90 milyon pul götürülmüş, vəsaitin 38 milyon manatı mənimsənilib.

8. Adamın adına "ŞAHİN-CO" MMC və oğlu Həzrətin adına olan "Həzrət" MMC şirkətləri.

***

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev həbs edilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 maddələri ilə cinayət işi başlanıb, lakin Zahid Niftəliyev istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib və ötən gün saxlanılmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq Zahid Niftəliyevin qanunsuz əməllərindən zərərçəkmiş şəxslərə Hərbi Prokurorluğa müraciət etməyi tövsiyə edir (əlaqə nömrəsi (050) 2952323).

***

Ötən gün Nəcməddin Sadıkovun yaxın adamı, onun “sağ əli” hesab olunan Zahid Niftəliyev (“şlyapa” ləqəbli) həbs olunub. Bizim.Media-nın əldə etdiyi məlumata görə, o, məhkəmə zalında həbs olunub.

Verilən məlumatda Z.Niftəliyevin mənimsəmə və dələduzluqda ittiham olunduğu bildirilir.

Qeyd edək ki, “şlyapa” ləqəbli Z.Niftəliyevin iki kürəkəni az xidmət etmələrinə baxmayaraq, N.Sadıkov sayəsində evlə təmin olunublar. Z.Niftəliyev mülki şəxs olmasına baxmayaraq, o, N.Sadıkovun “sağ əli” olub. 

635x100

Şərhlər

A.Məmmədov 2022-05-30 16:59:46

Bu nə gülməli elanlardır? 2004-cü ildə Bakı İcra Hakimiyyətində keçirilən iclasda Hacıbala Abutalıbov özünü iyrənc rüşvətxor adlandırandan sonra, onun həbs edilməsi barədə Baş Prokuror Zakir Qaralova müraciət etdim. Məktubu qeydiyyata salmadan gətirib verdilər Hacıbalaya. Yeddi il müxtəlif tələlər qurandan sonra 2011-ci ildə məni qanunsuz işdən çıxartdılar. İndiyə kimi təqib olunuram. Baş Prokurorluq zərərçəkmiş axtarır. Mən hesab edirəm ki, zZərərçəkmiş Zahid Niftəliyev, zərərvuran isə Baş Prokurorluqdur. Çünki Baə Prokurorluq düzgün işləsəydi Zahid kişinin qanunazidd hərəkətlərinin qarşısı vaxtında alınardı və o, bu yaşda həbsxanada olmazdı.

RAHİM 2022-05-28 21:14:54

Bu vaxta kimi MN- yi bunları görmürdümü?

Cəmşid Dərələyəzli 2022-05-28 19:05:44

İnşallah Baş Prokrorluq bu palan döymə əməlyyatları ilə paralel, özündə cəsarət tapıb nəhayyət də palanın altındakıları da məsuliyyətə cəlb edər.

t.ədalət 2022-05-28 14:16:23

Nacmuddinin "sağ qolu","sol qolu" tutulur.Ancaq əsas cinayətkar olan Nacmuddin özü isə tutulmur.Bu adam Azərbaycan balalarının total məhvini təşkil edən bir canidir....

Son yazılar