SADIKOVUN “ŞLYAPA"SI GETDİ, SIRADA KİM VAR? - Polkovnik korrupsiya faktlarını və adları AÇIQLADI

“Orduda rüvşət hallarının artması barədə çox sayda informasiyalar oxuyuruq. Dövlət qurumları bununla bağlı hərəkətə keçməlidir. Haqsızlıqlara dözməyən hərbçilər xidmət etmək istəmirlər. Unutmamalıyıq ki, ölkənin əsas dayağı ordudur”.

Bunu Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin həbs edilməsini və ordudakı neqativ halların artmasını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Zahid Niftəliyevin həbs edilməsi Nəcməddin Sadıkov ətrafında həlqənin daralması anlamına gəlir: “Zahid Niftəliyev “şlyapa” ləqəbi ilə tanınan bir şəxsdir. O, Nəcməddin Sadıkovun ən yaxın adamlarından biri idi. Nəcməddin Sadıkov vəzifədə olduğu dövrdə “şlyapa” Zahid təyinatlar, əsgərlərin bölünməsi, zabitlərə rütbə verilməsi məsələləri ilə məşğul olurdu və pul qazanırdı. Onun yüksək vəzifəyə təyinatlar etdirməsi ilə bağlı da məlumatlar var. Onun barəsində cinayət işi açılmışdı. Sadəcə olaraq istintaqdan yayınırdı. 

Sonunda onu hüquq mühafizə orqanları saxladı. Sabiq vergilər naziri Fazil Məmmədov, Nəcməddin Sadıkov və Zahid Niftəliyevin birgə Ukraynada tütün fabriki var idi. Fabrikin 13 faizi Zahid Niftəliyevin idi. Zahid Niftəliyevin həbs edilməsi Nəcməddin Sadıkova böyük bir zərbədir. Ancaq onu bilmək lazımdır ki, Nəcməddin Sadıkovun ətrafı təkcə bununla bitmir.

Nəcməddin Sadıkovun əsas adamlarından biri də Elxan Məcidov idi. O, zamanında Maddi Texniki Təminat İdarəsində rəis idi. Sonra onu Mərkəzi Ordu İdman İdarəsinə rəis təyin edilib. Elxan Məcidov orada da öz əməllərindən əl çəkməyib. İdmançı olmayan əsgərlərə idmançı arayışı düzəldərək Mərkəzi Ordu İdman Klubuna cəlb edib onları ordudan yayındırırdı. Aldığım məlumata görə, Elxan Məcidov Nəcməddin Sadıkovun göstərişi ilə döyüşlər gedə-gedə böyük pullar alaraq bəzi əsgərləri MOİK-ə cəlb edib. Hazırda o ordu sıralarından tərxis olunub. Hesab edirəm ki, onun da istintaqa cəlb olunması vacibdir.

Nəcməddin Sadıkovun bacısı oğlu Ramin Əsgərov bir gün belə cəbhə bölgəsində xidmət etməyib. O, dayısının hesabına yüksək post tutub və zabitləri şərləyib, bundan qazanc mənbəyi kimi istifadə edib. Aldığım məlumata görə, xaricdə yayımlanan internet kanallarına “Tərtər işi” ilə bağlı informasiyaları Ramin Əsgərov ötürüb. Düşünürəm ki, Ramin Əsgərov məsuliyyətə cəlb edilməklə yanaşı, həm də onun general-mayor rütbəsi də əlindən alınmalıdır.

Nəcməddin Sadıkovun yaxın adamlarından biri də keçmiş İşlər İdarəsnin rəisi İlqar Məmmədovdur. İlqar Məmmədov həmin idarəni korrupsiya yuvasına döndərmişdi. Müdafiə Nazirliyinin ərazisi yaşıldır. Ora hazırkı nazir Zakir Həsənovdan da əvvəl yaşıllaşdırılmışdı. Ancaq İlqar Məmmədov hər il yaşıllaşdırma adı altında pulları mənimsəyib. İlqar Məmmədov həm də Xidməti Evlər Komissiyasının sədri olub. Yüksək rütbəli zabitlər evsiz olduğu halda, İlqar Məmmədov Nəcməddin Sadıkovun və digər şəxslərin göstərişi ilə 2-3 ay xidmətdə olmuş MAXE-ləri evlə təmin edib. Nəinki kənar şəxslər, öz ailəsi və qohumlarını da xidməti evlərlə təmin edib.

Bütün bunlara baxmayaraq, Müdafiə Nazirliyinin rəhbərliyi bu işdən kənarda qalmamalıdır, onlar da faktları üzə çıxartmalıdırlar.

Qarabağda modul tipli hərbi hissələr inşa edilir. Hüquq mühafizə orqanları həmin obyektləri yoxlamalıdır. Aldığım məlumata görə, həmin kazarmalar dəyərindən qat-qat artıq məbləğdə göstərilir”.

635x100

Şərhlər

pensioner 2022-06-01 20:27:42

General Qədir yaddan çıxıb?

Eli 2022-06-01 13:18:56

Deyesen buzim Müzeffer Ordu tek Necmeddin ve onun etrafı yox ümumiyyetle “ram temizlense” dahz mükemmel olar ve Orduda dar günde sarqınlıqla meşğul olanlar da olmaz.

Cəmşid Dərələyəzli 2022-06-01 12:46:04

Yaxşı olar ki, nəhayyət də əlaqədar qrumlar palanı döyməyi sonlandırıb, palanın altındakəlara keçsinlər.

t.ədalət 2022-06-01 09:23:08

Rövşən Məhərrəmov özü hərbi polisin rəisi olanda pis qazanmayıb.Ən böyük cinayətkar olan Səfəır Əbiyevlə yaxın idi.Burda Nacmuddin Sadıkovdan bəhs edir,sağ olsun.şAncaq Rusiyaya casusluq edən tək N.Sadıkov deyildi ki.Burda kadrlar idarəsinə rəhbərlik edən nəhəng rüşvətxor və rus casusu general Ç. Məmmədov da var idi.İnspeksiyanın rəisi Beydullayev,Kəlbəcəri rus ordusuna təslim edən Qənizadə də var.Cinayətkarlar bir-bir yox,dəstə şəkildə araşdırılmalıdırlar.

Moshu 2022-06-01 08:31:52

Hüquq-mühafizə orqanlarının əsas vəzifəsi ictimai asayişi qorumaq, cinayətkarlıqla və s. nüqativ hallarla mübarizə aparmaqdan ibarətdir. Bu orqanlar bu həlqənin bir elementinə çevriləndə xoşagəlməz bir ovqat yaranır. Belə bir təəssürat yaranır ki, elə cəmiyyətin özü korrupsiya meyllidir. Müəllimə rüşvət (istəyirsiniz adını lap şirinlik qoyun) veririk ki, uşağı çox narahat etmə, qoy diplomu olsun, canı sağ olsun, lap savadsız olsa belə, övladımızı hərbi xidmətdən yayındırırıq, rüşvət verib xəstə çıxartdırırıq (bunu ikinci Qarabağ müharibəsində səfərbərlik elan edilərkən baş verən anormal vəziyyət bir daha sübut etdi, kimi COVİDə tutuldu, kiminsə öküz kimi sağlam olan “kişilər”in səhhətində problemlər yarandı və s. və i.a.) yol polisi sistemində olan biyabırçılıq, elə məhkəmə sistemindəki rüsvayçılıq bütün mənzərəni üzə çıxarır. Növbəti yazılarda bunların hamısını faktlarla əsaslandıracağam. Yol polisindən söhbət düşmüşkən. “Yol hərəkəti haqqında” Azərbaycan Respubkaikası Qanununun 27-ci maddəsinin IV-I ci bəndinin ikinci bəndində qeyd edilir ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyatını və daimi uçota alınmasını, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı həmin fəaliyyəti həyata keçirən dövlət orqanında “bir pəncərə” prinsipinin təşkili təmin olunmalıdır. Qanun qəbul olunmasından hal-hazıra kimi heç kim deyə bilməz ki, Qanunun bu müddəası heç olmasa bircə dəfə təmin olunmuşdur. Əslində bu nə deməkdir? Vətəndaş qeydiyyat-imtahan bölməsinə gəlir, girişdə sənədlərini təqdim edir və oturub yekun sənədlərinin hazırlanmasını gözləyir, təxminən 30 dəqiqə ərzində sənədlər hazırlanır və sahibinə qaytarılır. Söz yox ki, dövlət rüsumu və s. ödənişlər sürücü tərəfindən ödənilir. Faktiki olaraq nə baş verir, daha doğrusu nələr. Bu xidmətdə əməkdaşdan çox maklerlər fəaliyyət göstərirlər. Adi texniki baxış keçmək üçün kimlərsə kimlərisə axtarır, nəqliyyat vasitəsinin gətirilməsinə ehtiyac duyulmur da. Keçək əsas məsələyə. Sənədlər bir yekə qarın əmiyə təhvil verilir (bayırda canavar kimi davranan sürücülər bu kabinetə daxil olarkən günahsız quzuya dönürlər) bu əmi də adamına baxıb rüsumu müəyyən edir. Əgər tapşırılmısansa dövlət rüsumu nədirsə onu ödəyirsən, əks halda əminin öz rüsumu qüvvəyə minir. Keçək əsas məsələyə. 30 dəqiqəyə başa gələn prosedur 2 saata qədər davam edir. Sözün açığı bu mənzərə adamın ürəyini bulandırır. Heç kimin də etirazını bildirməyə cürəti çatmır. Cürəti çatanın isə kəndirini elə oradaca kəsirlər. Bunu məgər Dövlət Yol Polisi Baş idarəsi, DİN, Prokurorluq orqanları görmürlər? Görünür ki, bu orqanlar şirma kimi yaradılıblar. Ən əsas və vacib məsələ Müdafiə sistemimizlə bağlıdır. İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı başda Ali Baş Komandan olmaqla nəyə qadir olduğunu bütün qulağı kar olmuş dünyaya göstərdi. Bu yazıdakı faktlar adamın ürəyini bulandırır. Səfər Əbiyevdən üzü bəri bu gün Zakir Həsənov başda olmaqla Müdafiə sahəsində baş verən bütün qanunsuzluqlar araşdırılmalı təqsiri olanlar məsuluyyətə cəlb olunmalıdırlar. Zakir Həsənovun ikinci Qarabağ müharibəsində təlim keçməmiş Azərbaycan övladlarını qırğına verməyi ayrıca məhkəmə araşdırmasının predmetidir. Sadəcə olaraq, yüksək vəzifə sahibləri bütün bunları görməzliyə vururlar, bu da həddindən artıq təhlükəlidir. Müdafiə sahəsindəki qanunsuzkuqların qarşısını almaq vəzifəsi Hərbi Prokurorluğun üzərinə qoyulmuşdur. Hərbi Prokurorluq öz işindən savayı hər şeylə məşğuldur. Bəs Boş Prokurorluq nəmənə işlə məşğuldur. Korrupsiyaya qarşı mübarizə Boş idarəsi bu işlərlə məşğul olmalıdır ya olmamalıdır. Nəsibə Zeynalova demişkən, təzəyi divara yapan lazımdır ya yox. Bir sözlə bizə bir Allahşükür lazımdır ki, hamam dəsmalı ilə üstümüzdə şaxsey-vaxsey deyə.

Kaku 2022-06-01 00:42:36

Necmeddin rus kesfiyyati qoruyur ona gore de onun birbasa hebsi biraz cetin meseledi ancaq etrafindaki dovletin pulunu talayan canavarlari hebs elemekle onu bir nov zerersizlesdirirler bu da bir ugurdu.insallah inaniram ki 2023 de cenab erdogan yeniden prezident secileceyi teqdirde onun desteyi ile xankendi xocali ve diger rusun isgali altinda ki erazilerimizde qayidacaq

josefine 2022-06-01 00:30:02

sırada Azərbaycanın ALmaniyadakı səfiri Ramin Həsənov vardır, dövlət kassasından 1.5 milyon avro vəsaiti yoxa çıxaran dahi səfir... Maliyyə nazirliyi də səfirliyi təftiş edib, amma bir şey tapa bilməyib... .....

Son yazılar