Menu

DÖVLƏT FİLARMONİYASININ HƏYƏTİNDƏN BİABIRÇI GÖRÜNTÜLƏR - Əxlaqsızlıq yuvasıından VİDEOSÜJET

02.06.2022, 21:33
DÖVLƏT FİLARMONİYASININ HƏYƏTİNDƏN BİABIRÇI GÖRÜNTÜLƏR - Əxlaqsızlıq yuvasıından VİDEOSÜJET

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyətində gecə klubu kimi fəaliyyət göstərən “UFFO” restoranında çəkilmiş video kadrlar sosial şəbəkələrdə tənqidlərə səbəb olub.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən verilən məlumata görə, video kadrların yayılmasından sonra məkanın fəaliyyəti dayandırılıb: "Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində bir müddət öncə fəaliyyətinə xitam verilən “UFFO” restoranında çəkilmiş video kadrlar mətbuatda geniş əks-səda doğurub.

Məlumat üçün qeyd edək ki, restoranda çəkilmiş videolar bir müddət öncə lentə alınıb və məkanın fəaliyyəti məlum hadisədən sonra dayandırılıb. Hazırda heç bir fəaliyyətdən söhbət belə gedə bilməz".

Qeyd edək ki, "UFFO” restoranının gecə klubu kimi fəaliyyət göstərdiyi məlum olub. Videoda iki xanımın gecə klubuna uyğun geyimdə olması və rəqs etməsi diqqət çəkib.

Musavat.com-un yaydığı videosüjetdə verilən məlumatlara görə, əxlaqsızlıq yuvası olan "UFFO” gecə klubu Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyətində  fəaliyyətini davam etdirmək niyyətindədir. Maraqlıdır, müafiq orqanlar nəyin müqabilində şəhərin mərkəzində, Dövlət Filarmoniyasının həyətində əxlaqsızlıq yuvasıın bərpa edilməsinə şərait yaradıb? 

Şərhlər

Bu obyektin administratoru fi 2022-06-03 07:10:33

Bu obyekte administrator teyin olunan qadinin bibisini arxu adli narkobaron saxlayir.

Mubüş 2022-06-02 20:33:54

İranda farslar da gizlincə belə gecələr təşkil edir. Tehranda xəlvəti fahişəxanaların sayı-hesabı yoxdur....

Veteran 2022-06-02 17:31:33

Qüdürğanlığın son həddi.

dadaşyev 2022-06-02 14:56:15

..pozğun qızlarımız ərəbin sallaq qarnını görən kimi pulemyot üstünə atılan Aleksandr Matrosov kimi atılırlar üstünə,dırnaqarası işbazlarımız Şirvan-Muğan çöllərində özümüzün qıyıb yemədiyimiz ceyran-cüyürü,turacı-kəkliyi çadır qurub yaşaya-yaşaya parthapart vurub öz ərəb şahzadələrinin süfrələrinə sovqat kimi göndərirlər,məmurlarımız da buna göz yumurlar.....Çünki pulları başlarından aşır,otellərdə bir çaynik çaya 100 manat verən ərəblər itə tökdü.... şəhərin tam göbəyində belə əıxlaqsızlıq yuvası....Ağzuva olsun qadam.Nazirlik də görmür də Filarmoniya kimi bir ocağın həyətində belə gecə klubu açılmağını.Mədəniyyət nazirliyi xalqın mədəniyyət ocağının bu hala salınmağına niyə göz yumub görəsən?İşinin adı belə əcaiblikləin qarşısını almaq deyilsə başqa nə işi var görəsən?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol