Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun müsadirə olunan əmlakları özünə qaytarıla bilər.
"AzPolitika.info"-ya daxil olan məlumata görə, yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsinin belə bir qərar verəcəyi gözlənilir.
Qeyd edək ki, Çovdarovun ailə üzvlərinin yaşadığı evdən başqa, 33 milyon manatlıq digər mülkləri zərərçəkmişlərin xeyrinə müsadirə olunub. Akif Çovdarov Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə, qanunsuz azadlıqdan məhrumetmə, 308-ci vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalmada günahlandırılıb. 12 il azadlıqdan məhrum edilib.
2020-ci ildə Akif Çovdarov əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Ancaq Çovdarov azadlığa çıxmaqla kifayətlənməyib, müsadirə olunan əmlaklarını da qaytarmalması istiqamətində hərəkətə keçib. Akif Çovdarov Ali Məhkəməyə müraciət edərək, barəsində olan məhkəmə hökmü ilə bağlı ona bəraət verilməsini və müsadirə olunan əmlaklarının geri qaytarılmasını istəyb.

Ötən ilin dekabrında Ali Məhkəmə Akif Çovdarovun kasasiya şikayətini qəbul edib və yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Qərarı uzun illər Bakı Şəhər prokuroru vəzifəsində işləmiş, 2017-ci ildən Ali Məhkəməyə hakim təyin olunmuş Əziz Seyidovun çıxardığı bildirilir
Ekspertlərin fikrincə, Ali Məhkəmənin şikayəti qəbul etməsi və baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərməsi Akif Çovdarovun istəyinə nail olacağından xəbər verir. Yəni, cinayət yolu ilə əldə etdiyi təsdiqlənmiş 33 milyon manatlıq əmlakı da özünə qaytarılacaq. Necə deyərlər, sözün bitdiyi yerdir...
Rasim
AzPolitika.info

Şərhlər
Hakimlərin seçki komissiyasının sədri İman Nağıyev yüksək bal toplayan namizədlərin Hakim olmasına imkan verməyib, aidiyyatı qurumlar isə İman Nağıyevun qanunsuz əməllərinə göz yumurlar ???
Qatil, cinayətkar, qanqster olan biri açıqca dövlətə meydan oxuyur. Və çox təəssüf ki, mübarizəni udur. Tək Çovdarovun ətrafındakı proseslər sübut edir ki, ölkədə məhkəmə hüquq sistemi yox dərəcəsindədir və mütləq bu sistem yenidən qurulmalıdır...
Azərbaycanımızın inkişafını və xalqımızın rifahını istəyiriksə Parlamentlə yanaşı Bələdiyyələr buraxılmalı və demokratik seçki keçirilməlidir. İndiki deputatlar İcra Başçılarına xidmət edirlər. Təyin olunmuş rayonun dərdi-səri ilə məşğul olmaq əvəzinə televizorlarda və kanallarda mənasız, düşük danışıqları ilə gündəmə gəlmək istəyirlər. Onlardan biri Şəkidən deputat Vüqar İsgəndərli təyin olunmuş rayon korrupsiyada çapalayır, onu görmür, İcra Başçısının neqatif hərəkətlərindən belə dilinə gətirmir, başlayır kanallara mənasız müsabiqələr verməyə.......Mənasız danışıqları ilə xalqı özünə güldürür ? Parlament belə deputatlardan qurtarmalıdır ?
Söz qurtardı....
İblisin vadisi!
Malades müəllim covdaryan həbsdə deyil. Azərbaycan məhkəməsinin " humanistliyi "sayəsində Azadlıqda kef edir.
Ölkədə təcili indiki yarımçıq doğulmuş parlamenti buraxıb konstitusiyada dəyişiklik edib, Referenduma ve yeni seçgilərə getmək lazımdır. Ölkə başçısının özünün də dediyi kimi, sistem çox köhnəlib. Deyərdim ki, hətta çürüməyə başlayıb. Ona görə də ölkə qanunlarını icrası əksəriyyət qrumların başında duranlar tərəfindən bax beləcə biznes vasitəsinə çevrilib. Xüsusən də Məhkəmə və hüquq sisteminə ağlamaq lazımdır. .
Şeytana qulluq edənlərdir
gör ey günahsız Əli Əliyev də həbsdədir çovdarovda. Müqayisəyə baxın da. bu məhkəmə lap fantan eləyib ki!
Çovdarov çox böyük cinayətkardır.Ümumiyyətlə,MTN-də rüşvət kompaniyasını yaradan və idarə edən də o idi.......
Vekili Yaxsı vasiteçidi