GÖMRÜK GENERALI HƏBS EDİLDİ - Nədə ittiham olunduğu açıqlandı

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimata baxılıb.

APA xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Sabiq direktorun 200 mindən çox rüşvət aldığı bildirilir.

Qeyd edək ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Saxlanıldıqdan sonra Ehtiram Xəlilov işdən çıxarılıb. Bununla bağlı DGK-nin sədri Səfər Mehdiyev əmr imzalayıb.

S. Mehdiyevin digər bir əmri ilə həmin vəzifəyə Mövsümov Hüseyn Mövsüm oğlu təyinat alıb.

635x100

Şərhlər

TARIX 2022-06-29 10:35:30

SƏFƏR M.GƏRƏK SİZ VƏ KOMANDANIZ İSTEFA VERSİN.

Amon 2022-06-24 01:08:22

Bu hadiseden sonra sefer mehdiyevin yerine teyinat olmali halda sefer mehdiyev tutulanin yerine teyinat verir.bes demisdi istefa verecem yeqin tik tok cekirmis

dadaşyev 2022-06-23 16:20:52

Ay millət,general Xandəmirov çaldı-çapdı gömrüyü.Qoymoun! Kömək eloun!

rasim quliyev 2022-06-23 15:25:09

Ne var ki orda Sefer Mehdiyev deyil deyen Gomrukde 1manat rusvet almirlar.Duz deyir da 200000alirlar

Anonim 2022-06-23 02:17:42

Sefer mehdiyev al bu da rusvet gel indi istefa ver.ozun demisdin axi

İslam 2022-06-22 23:42:17

Yene hec kimin xeberi yoxdu bu rüşvəttən))))) Ə deyirəm bu kopey oglu nece urey eliyib

Əlil 2022-06-22 21:51:07

200000 rüşvət, zarafat edirsiniz?, Bəlkə bir əməliyyatda?

Elxan 2022-06-22 20:01:50

Səfər Mehdiyevin yəqin xəbəri olmuyub,yoxsa qpymazdı e rüşvət alsın.Belə maraqlı hadisələr ancaq Azərbaycanda baş verir

Son yazılar