Menu

Ərdoğan İsveç və Finlandiya liderləri ilə görüşdü

28.06.2022, 20:51
Ərdoğan İsveç və Finlandiya liderləri ilə görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitində iştirak üçün səfər etdiyi İspaniya paytaxtında Finlandiya prezidenti Sauli Niinistö və İsveçin baş naziri Maqdelena Anderssonla görüşüb.

Danışıqlar NATO-nun baş katibi Yens Stoltenberqin təşəbbüsü ilə baş tutub.

Görüşdən əvvəl jurnalistlərə açıqlamalar verən alyans rəhbəri bugünkü dördtərəfli görüşdə irəliləyiş əldə edəcəklərnə ümidli olduğunu, NATO-ya daxil olacaq ölkələrin bütün müttəfiqlərin təhlükəsizliyini nəzərə almalı olduqlarını bəyan edib. O, həmçinin taxıl böhranı ilə bağlı səylərinə görə Türkiyəyə minnətdarlıq edib.

Qeyd edək ki, toplantı mətbuata qapalı keçirilib. (Mənbə: Haber Global)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol