Azərbaycanda daşınmaz əmlakın sığortası icbari xarakter daşısa da, bir çox vətəndaşlar öz fərdi ev və mənzillərini, o cümlədən obyektlərini hələ də sığortalamayıb.
Buna görə də ölkəmizdə bu növ sığortanın regionlar üzrə miqdarını və faiz nisbətini müəyyənləşdirmək çətindir. Bütün bu problemləri həll etmək üçünsə, Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən daşınmaz əmlakın sığorta xəritəsi hazırlanır.
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev bildirib ki, sözügedən layihənin həyata keçirilməsindən sonra konkret regionlar üzrə hansı vətəndaşların daşınmaz əmlaklarını sığortalayıb-sığortalatmadığı dəqiq müəyyənləşəcək. İcbari sığortadan yayınanlar müvafiq qaydada cərimələnəcək.
Daha ətraflı Baku TV-nin süjetində:


Şərhlər
İllerdir Prezidentin müvafiq fermanı olmasına baxmayaraq, hele de minlerler daşınmaz emlakların evlerin ,pay torpaqlarının çıxarışlarının verilmesi bu günedek temin edilmeyib- göresen bu İqisadiytat nazirliyinin mğvavagiq qurum rehberletini narahat edirmi yıxsa heç onların heç vecine de deyil,indisr sığortaçılar düşüb ortaya öeydan sulayıb millete hede qorxu gelirler .Diz hele köhne nazirlerin köhne zibillerin aradan qaldırın,sığortanın işi asandır.
Hansi sigorta Dan sohbet gedir. Qunsuya deyen ziyanimi odeyecek?
Hörmətli Az.politika məqaləni çap edərkən, gərək hansı qanunla cərimə olacağımızı qeyd edərdiniz .
Qardaşlar, bu təklif ancaq kimlərinsə pul kisələrini doldurmağa xidmət edə bilər. Misal- avtomobillərin icbari sıgortalanması! Kim baş verən qəzalar zamanı rahatlıqla sıgorta ala bilibsə- yazsın. Bir neçə adam, vəssəlam. Ala bilməyənlərin isə statistikası, təəssüf ki, heç kim aparmır.
Bir sözlə, xalqın cibinə girmək! Bunun başqa adı yoxdur, ta müstəqil məhkəmə sistemi olmayınca. Bu isə F. Məmmədov və R. Rzayevlə mümkün deyil.