Ukrayna Lisiçansk şəhərini itirdiyini təsdiqləyib

Ukrayna hərbçiləri gərgin döyüşlərdən sonra Lisiçansk şəhərindəki mövqelərini tərk etməli olub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı feysbukda məlumat yayıb.

Qeyd olunub ki, Rusiya qüvvələri artilleriya, aviasiya, çoxsaylı raket sistemləri və döyüş sursatları ilə Ukrayna hərbçilərinin mövqelərini atəşə tutublar: “Ukraynalı müdafiəçilərin həyatını xilas etmək məqsədilə geri çəkilmək qərarı verilib”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar