Menu

İlan adasına Ukrayna bayrağı sancıldı – FOTOLAR + VİDEO

07.07.2022, 13:44
İlan adasına Ukrayna bayrağı sancıldı – FOTOLAR + VİDEO

Ukrayna iyunun 30-da rus qoşunlarının qoyub qaçmağa məcbur olduğu məşhur İlan adasına öz bayrağını sancıb. 

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı Ukrayna Quru Qoşunlarının rəsmi internet səhifəsində məlumat və video yayımlanıb.

Bayrağın üzərinə rus ordusuna ismarıc da yer valıb: “Rus hərbi gəmisi, yadda saxla, İlan adası Ukraynadır!”.

Rusiya Müdafiə Nazirliyi fevralın 24-dən işğal etdiyi, lakin sonda geri çəkilməli olduğu adaya Ukrayna bayrağının sancılmasına şərh verərkən iddia edib ki, guya həmin vaxt rus ordusu adadakı Ukrayna hərbçilərinə zərbə endirib və onları məhv edərək, bayraq sancılmasına imkan verməyib. Lakin videodan da göründüyü kimi, ada tam ukraynalıların nəzarətindədir və əsgərlər Ukrayna bayrağını adaya sanca biliblər.

“AzPolitika.info”  


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol