Menu

Azərbaycanda biznesmenin oğlu doğum günündə faciəvi şəkildə öldü - FOTO

11.07.2022, 18:12
Azərbaycanda biznesmenin oğlu doğum günündə faciəvi şəkildə öldü -  FOTO

Neftçalada bir nəfərin ölümü ilə nəticələnən yol qəzasının bəzi detalları bəlli olub.

Belə ki, “Qafqazinfo”nun məlumatına görə, Qaravəlli yaşayış məntəqəsində “Merсedes” markalı avtomobili ağaca çırpılaraq həlak olan gəncin atası Rövşən Əsədov Neftçalada tanınmış iş adamlarından biridir. Bu gün isə Sərxan Əsədlinin doğum günü imiş.

09:01

Neftçalada bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. “Report”un məlumatına görə, hadisə rayonun Qaravəlli yaşayış məntəqəsində qeydə alınıb.

Belə ki, Dördlər kənd sakini, 2000-ci il təvəllüdlü Əsədov Sərxan Rövşən oğlu idarə etdiyi “Merсedes” markalı avtomobillə hərəkətdə olan zaman maşın idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

S.Əsədov Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

dadaşyev 2022-07-11 18:25:48

Allah rəhmət eləsin.Amma niyə yazmamısınız atası hansı işin adamıdı?"İş adamı" nə deməkdirsə anlayammadıq.Həkim,müəllim,bənna,mühəndis,taksist,yəni hansı işin adamı?Niyə sirr kimi saxlayırsınız?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol